Bakı Dövlət Universitetində Anlaşma
Memorandumu imzalanıb
Dekabrın
3-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb
ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
arasında maliyyə və qiymətli kağızlar
bazarında elm və təhsil sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma
mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil
müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri
barədə məlumat verib.
Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsinin sədri
Rüfət Aslanlı rəhbərlik etdiyi qurum ilə BDU-nun əməkdaşlığının
əhəmiyyətindən bəhs edib.
Sonra tərəflər
arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi A.Məhərrəmov və
R.Aslanlı imzalayıblar.
Azərbaycan.-2014.-
4 dekabr.- S.10.