AMEA ilə Serbiya Elmlər və İncəsənət Akademiyası

 arasında əməkdaşlıq haqqında saziş imzalanıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olub. Serbiya Elmlər və İncəsənət Akademiyasının (SANU) prezidenti, akademik Nikola Xaydinin dəvəti ilə reallaşan səfər çərçivəsində bir sıra görüşlər keçirilib.

N.Xaydi ilə keçirilən görüşdə Azərbaycan və Serbiya arasında münasibətlərin qısa zaman ərzində strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib. Vurğulanıb ki, bu münasibətlərin elm sahəsi də daxil olmaqla müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi üçün geniş imkanlar var.

Tərəflər iki ölkənin müvafiq elmi-tədqiqat institutları arasında əməkdaşlıq, təcrübə mübadiləsi, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıblar.

Səfər çərçivəsində hər iki ölkənin elmlər akademiyalarının prezidentləri tərəfindən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

İclasda çıxış edən A.Əlizadə tədbir iştirakçılarını Azərbaycanda elm və təhsil sahələrinin inkişafı, qədim tariximiz və zəngin mədəni irsimiz haqqında məlumatlandırıb. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev müvafiq sahələrin inkişafını daim diqqət mərkəzində saxlayır.

Akademik AMEA-da həyata keçirilən islahatlar, gələn il ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları və 2015-ci ildə AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri barədə də danışıb.

Tədbir çərçivəsində AMEA ilə SANU arasında əməkdaşlıq haqqında sazişbuna əlavə protokol imzalanıb.

Daha sonra Belqrad Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Serbiyanın təhsil sistemi, ali təhsil müəssisəsi ilə AMEA arasında əməkdaşlıq imkanları müzakirə olunub.

AMEA-nın nümayəndə heyəti Serbiyanın elm incəsənət xadimləri, səfirliyimizin əməkdaşları Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir bərpa edilmişTaşmaydanparkını ziyarət edərək ümummilli lider Heydər Əliyevin burada ucaldılan abidəsinin, eləcə görkəmli serb yazıçısı Milorad Paviçin heykəlinin Belqrad şəhərinin bombalanması zamanı həlak olan uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Serbiyanın ikinci böyük şəhəri, eyni zamanda, elm mədəniyyət paytaxtı hesab edilən Novi Sad şəhərində olub. SANU-nun Novi Sad bölməsində elm ictimaiyyəti ilə görüşlər keçirən nümayəndə heyətinin üzvləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilmiş memorial kompleksini ziyarət ediblər. Nümayəndə heyəti, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycan hökumətinin dəstəyi ilə Belqrad şəhərində təmir bərpa edilmişBayraklı Camiməscid kompleksinə Novi Sad şəhərindəkiMüqəddəs Petkakilsəsinə baş çəkiblər.

    

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

 Belqrad

Azərbaycan.-2014.- 4 dekabr.- S.10.