Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə

 

Əlahəzrət,

Tailand Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 dekabr 2014-cü il.

Azərbaycan.-2014.- 5 dekabr.- S.1.