Azərbaycanın xarici işlər naziri ATƏT-in

Minsk qrupunun həmsədrləri ilə görüşüb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andre (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdan gələn il bu istiqamətdə plan və təklifləri ətrafında ümumi müzakirələr aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin həllinə dair mövqeyini bir daha səsləndirərək vurğulayıb ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

 

Azərbaycan.-2014.- 5 dekabr.- S.2.