ADA Universiteti
ilə İraqın Diplomatik Xidmət İnstitutu arasında
Anlaşma Memorandumu imzalanıb
ADA Universiteti ilə
İraq Xarici İşlər Nazirliyinin
Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalanıb.
Universitetdən AzərTAc-a bildirilib
ki, memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və İraqın Diplomatik Xidmət İnstitutu adından bu ölkənin Bakıdakı
səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak imzalayıb.
Sənədin imzalanmasında məqsəd
iki ölkənin diplomatları və diplomatik xidmət işçiləri üçün
daha yaxşı təhsil vermək və treninqlər təşkil etmək, eyni zamanda, onların
tədqiqatlarına dəstək
olmaq üçün
qarşılıqlı əməkdaşlığın
inkişaf etdirilməsidir.
Memoranduma
əsasən tərəflər
təşkili nəzərdə
tutulan dərs proqramları, kurslar, seminarlar və bu kimi akademik
fəaliyyətlərlə bağlı məlumatları,
hər iki təhsil müəssisəsi
tərəfindən qəbul
edilmiş tədris proqramlarında istifadə
olunan müasir tədris metodikalarını,
peşəkar göstəricilərin
artırılması məqsədilə
qarşılıqlı maraq
dairəsində olan sahələrdə professorlar,
mühazirəçilər, mütəxəssislər, tədqiqatçılar
və tələbələri
mübadilə etmək,
müştərək dövri
nəşrlər, jurnallar,
məqalələr, elmi
tədqiqatlar, eləcə
də tərəflərin
maraq dairəsində olan beynəlxalq münasibətlər sahəsindəki
nəşrlərin mübadiləsi
üçün müvafiq
sistem yaratmaq haqqında razılıq əldə ediblər.
Azərbaycan.-2014.-
5 dekabr.- S.4.