İnformasiya Texnologiyaları İnstitutunun Elektron
Kitabxanasının və
Elmi Tədqiqatlar Mərkəzinin açılışı
olub
Dekabrın
4-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron
Kitabxana Mərkəzinin və Elmi Tədqiqatlar Mərkəzinin
rəsmi açılış mərasimi keçirilib.
AzərTAc
xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə
institutun müasir standartlar səviyyəsində qurulmuş Tədris-İnnovasiya
və Distant Tədris mərkəzlərində oldular.
İnstitutun direktoru, akademik Rasim Əliquliyev hər iki mərkəzin
fəaliyyəti haqqında məlumat verdi. İKT biliklərinin
əldə edilməsi, informatikanın tədrisi məsələlərinin
təşkili istiqamətində görülən işlərin,
dövrün tələblərinə cavab verən gənc
kadrların hazırlanmasının əhəmiyyətini
vurğulayan direktor innovativ tədrisin təşkili, milli kadr
hazırlığı siyasətinin uğurla həyata
keçirilməsi istiqamətində məqsədyönlü
iş aparıldığını bildirdi. Qeyd olundu ki, Tədris-İnnovasiya
Mərkəzində respublikanın müxtəlif elmi-tədqiqat
və təhsil müəssisələrini təmsil edən tədqiqatçıların
müasir informasiya texnologiyaları üzrə biliklərə
yiyələnməsi hər cür şərait
yaradılıb.
Sonra
AMEA-nın prezidenti Akif Əlizadə Elektron Kitabxana Mərkəzinin
açılışını bildirən rəmzi lent kəsdi.
İştirakçılar elektron kitabxana ilə, burada
yaradılan şəraitlə tanış oldular. Məlumat
verildi ki, kitabxana ən müasir texniki avadanlıqlarla təchiz
edilib. Burada resursların identifikasiyası, oxucuların
özünəxidməti həyata keçirə bilməsi
üçün 3M texnologiyası quraşdırılıb.
Sifarişlərin idarə olunması, müxtəlif tərkibli
hesabatların hazırlanması məqsədilə
"Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə
Sistemi tətbiq edilir. Resursların təsnifatı və
predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat
sistemi ilə həyata keçirilir.
Daha sonra institutun Elmi Tədqiqatlar Mərkəzinin
açılışı oldu. Akademik Rasim Əliquliyev
Mərkəzdə fəaliyyət
göstərən şöbələrin
elmi fəaliyyət istiqamətləri haqqında
məlumat verərək
bildirildi ki, mərkəzdə informasiya
cəmiyyətinin elmi-nəzəri
problemləri, internetşünaslığın
multidistiplinar aspektləri,
informasiya təhlükəsizliyi,
informasiya iqtisadiyyatının,
e-elmin formalaşması
problemləri və digər sahələrdə
elmi araşdırmalar
aparılır.
Qonaqlar institutun
yüksək texnologiyalarla
və müasir avadanlıqlarla təchiz olunmasını, əməkdaşlar
üçün yaradılan
şəraiti yüksək
qiymətləndirdilər.
Mərasimdə rabitə və
yüksək texnologiyalar
naziri akademik Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri
akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, Azərbaycan
Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, habelə KİV nümayəndələri iştirak
edirdilər.
Azərbaycan.-2014.-
5 dekabr.- S.4.