Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 366                   Bakı şəhəri, 12 noyabr 2014-cü il

 

"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹11, maddə 1068; 2012, ¹1, maddə 26, ¹7, maddə 786) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"na aşağıdakı məzmunda yeddinci sətir əlavə edilsin:

 

Respublika Talasemiya Mərkəzi            sümük iliyi

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 6 dekabr.- S.1.