Azərbaycan Milli Məclisinin
sədri Çexiya Prezidenti
ilə görüşüb
Xəbər
verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri
Oqtay Əsədovun başçılığı ilə
parlament nümayəndə heyəti dekabrın 4-dən
Çex Respublikasında rəsmi səfərdədir.
Milli
Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzərTAc-a
bildirib ki, dekabrın 5-də Oqtay Əsədov Çexiya
Prezidenti Miloş Zeman ilə görüşüb.
Görüşdə
Prezident xüsusi qeyd edib ki, Azərbaycan özünü təsdiqləmiş
gənc dövlət kimi Çexiyanın sadiq tərəfdaşıdır.
Söhbət
zamanı ölkələrimiz arasındakı əlaqələrin
daha da inkişaf etdirilməsi, qanunverici
orqanlarımızın bu sahəyə verdiyi töhfələr
və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında müzakirələr aparılıb. Qeyd olunub
ki, dövlət başçılarının
qarşılıqlı səfərləri və imzalanan sənədlər
münasibətlərimizin daha da genişlənməsinə təkan
verir.
Həmin
gün Azərbaycan nümayəndə heyətinin üzvləri
Çexiyanın Deputatlar Palatasında və Senatda olublar. Azərbaycanlı
deputatlar bu ölkənin qanunverici orqanının fəaliyyəti
ilə yaxından tanış olaraq onları maraqlandıran məsələlərlə
bağlı fikir mübadiləsi aparıblar.
Milli
Məclisin sədri Oqtay Əsədov Deputatlar
Palatasının sədri Yan Hamaçek və Senatın sədri
Milan Ştexlə də görüşüb.
Görüşlərdə parlamentlərarası əlaqələrin
hazırkı səviyyəsi, inkişaf perspektivləri,
qanunvericilik sahəsində təcrübə və informasiya
mübadiləsi, dostluq qruplarının fəaliyyətinin
daha da gücləndirilməsi və digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət
zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və onun həlli yollarından da bəhs
olunub.
Görüşlərdə
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev,
deputatlar Malik Həsənov, Çingiz Əsədullayev, Sədaqət
Vəliyeva, Mahir Aslanov, ölkəmizin Çexiyadakı səfiri
Fərid Şəfiyev və nümayəndə heyətinin
digər üzvləri iştirak ediblər.
Azərbaycan.-2014.- 6 dekabr.- S.1.