Bazeldə GUAM ölkələrinin Xarici İşlər
Nazirləri
Şurasının 24-cü iclası keçirilib
İsveçrənin
Bazel şəhərində ATƏT iştirakçısı
olan dövlətlərin Xarici İşlər Nazirləri
Şurasının (XİNŞ) 21-ci iclası çərçivəsində
GUAM üzvü olan ölkələrin Xarici İşlər
Nazirləri Şurasının 24-cü iclası
keçirilib.
GUAM-ın
Kiyevdəki qərargahından AzərTAc-a verilən məlumata
görə, iclasda ölkəmizi Azərbaycanın xarici siyasət
idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edib.
XİNŞ
hazırda GUAM-da sədrlik edən Moldova tərəfin “GUAM məkanında
uzanan münaqişələr və onların beynəlxalq
sülh, təhlükəsizlik və inkişaf
üçün doğurduğu nəticələr”
(“Protracted conflicts in the GUAM area and their implications for
international peace, security and development”) adlı qətnamənin
layihəsinin irəlilədilməsi üzrə
aparılmış iş barədə təqdim etdiyi
informasiyanı nəzərə alıb.
Tərəflər
GUAM məkanındakı münaqişə zonalarında son
hadisələrlə əlaqədar fikir mübadiləsi
aparıb, bu ölkələrin suverenliyinə və
onların beynəlxalq miqyasda tanınmış sərhədləri
daxilində ərazi bütövlüyünə qarşı
yönəlmiş hərəkətləri pisləyiblər.
XİNŞ
Moldova tərəfinə Demokratiya və İnkişaf
Uğrunda Təşkilatda (GUAM-da) uğurlu sədrlik etdiyinə
görə təşəkkürünü bildirib və
GUAM-da sədrliyin Ukraynaya təhvil verilməsi haqda qərar qəbul
edib.
Tədbir
iştirakçıları bu il noyabrın 10-11-də
Kişineuda GUAM Parlament Assambleyası (PA) Bürosunun səkkizinci
iclasının, habelə GUAM PA 7-ci plenar iclasının
keçirilməsini, GUAM PA-nın rəsmi bəyanatının,
GUAM PA, Baltik Assambleyası və Polşa Respublikası
parlamenti nümayəndə heyətinin birgə bəyanatının
qəbul edilməsini alqışlayıblar.
Tərəflər
2015-2016-cı illər üçün Təşkilatın
sahəvi işçi qruplarını əlaqələndirən
ölkələrin təsdiq olunması haqda qərar qəbul
ediblər.
XİNŞ
GUAM-ın digər dövlətlər və beynəlxalq
qurumlarla əməkdaşlığı, o cümlədən,
XİNŞ səviyyəsində növbəti GUAM-ABŞ və
GUAM-Yaponiya görüşlərinin keçirilməsi məsələlərini
də müzakirə edib.
Bu
gün Bazeldə daha bir görüş - GUAM
iştirakçısı olan dövlətlərin
XİNŞ üzvlərinin və Amerika Birləşmiş
Ştatları hökumətinin nümayəndələrinin
21-ci görüşü keçirilib.
Tərəflər
cari və gələcək layihələr, əməkdaşlıq
proqramları məsələlərini, habelə regional təhlükəsizliyə
dair geniş əhatəli məsələləri nəzərdən
keçiriblər.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi
müxbiri
Kiyev
Azərbaycan.-2014.- 6 dekabr.- S.5.