Təhsil Nazirliyi ilə
Azərbaycan Qızıl
Aypara Cəmiyyəti
arasında əməkdaşlıq genişlənir
Təhsil
Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti
arasında birgə əməkdaşlıq haqqında
Anlaşma Memorandumu imzalanıb.
Təhsil
Nazirliyindən AzərTAc-a bildiriblər ki, sənədi nazir
Mikayıl Cabbarov və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti Novruz Aslanov imzalayıblar.
Memoranduma
əsasən, Təhsil Nazirliyi Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin təhsil müəssisələrindəki
humanitar fəaliyyətini dəstəkləyəcək.
Qızıl Aypara Cəmiyyəti isə Təhsil Nazirliyinin
müraciəti əsasında təhsilalanları müvafiq
seminar, təlim, sessiya və digər müvafiq tədbirlərə
cəlb edəcək. Həmçinin, dövlət ali təhsil
müəssisələrinin humanitar fakültələrinin tələbələri
üçün Qızıl Aypara Cəmiyyətinin
strukturlarında müvafiq təcrübə keçirilməsinin
təşkil olunması nəzərdə tutulur.
Azərbaycan.-2014.- 6 dekabr.- S.6.