Ötən zaman, dəyişən dövran

 

Bugünkü orta yaşlı nəslin yaxın illərəcən həsəd aparılası bəxti olmayıb. İstər dünyaya meydan oxuyan keçmiş SSRİ-nin, istərsə də müstəqil Azərbaycanın vətəndaşı olduğu ilk illərdə çox çətinliklər yaşayıb. Həmin nəslə mənsub olanlar buya digər peşəyə yiyələnib şəxsi həyatlarını qurmağa başlayandan keçmiş ittifaqdakı qıtlıqla üzləşiblər, ədalətsizliyi görüblər, M.Qorbaçovun “yenidənqurma”sının fəlakətlərinə tuş gəliblər. Gözlərini açmağa macal tapmamış ümidlərini bağladıqları ölkə dağıdılıb. Əvəzində uzun illər ürəklərində gəzdirdikləri arzuya qovuşaraq müstəqil Azərbaycanın vətəndaşı olublar. Amma bunun qürurunu yaşamamış bir çoxu cəbhəyə - Qarabağa yollanıb. Neçəsi şəhid, neçəsi əlil olub. Qalanlarsa arxa cəbhədə keçid dövrünün çətinlikləri ilə döyüşüblər və döyüşə-döyüşə də, nəhayət, bu günə - əmin-amanlığa, bolluğa, firavanlığa gəlib çatıblar.

İllər tarix üçün zamandırsa, insanlar üçün üst-üstə gələn yaş, ötən ömürdür. Bu mənada həmin nəslin yaşı artıq 50-nin üstündədir, yəni ömrün ən yaxşı halda üçdə ikisi arxada qalıb. Deməli, onların bugünümüzü həmin arxada qalmış illərlə müqayisə etmək baxımından həm də bəxti gətirib. Arxada qalan illər üçünsə təəssüflənməyə dəyməz. Çünki yaşından asılı olmayaraq, yenimüasir Azərbaycan bu gün hamının qürur məkanıdır. O məkan ki, xüsusən bugünkü orta nəslin iştirakı ilə göz önündə bütün çətinliklərə baxmayaraq, müstəqilliyini qoruyaraq qüdrətli və imkanlı ölkəyə çevrilib. Özübunun üçün tarix baxımından uzun zamana ehtiyac olmayıb. Cəmi 10-15 il kifayət edib ki, Azərbaycan keşməkeşli keçid dövrünü başa vurub qarşısına inkişaf etmiş ölkələr sırasına qoşulmağı məqsəd qoysun. Bu yerdə dağa-dərəyə düşməyə ehtiyac yoxdur. Özümüzün, ətrafdakıların indiki güzəranının bir neçə il əvvəlki dolanışıqları ilə müqayisəsi bu inkişafı təsdiq etmək üçün ən yaxşı əyani sübutdur!

Yaxın illərəcən Bakıdan üzü qərbə gedərkən Şamaxı şəhərinin girəcəyində tikintisi yarımçıq qalmış şəxsi evlər əhalinin imkansızlığından soraq verən daş “abidə”lər kimi adamın gözünə girirdi. “Yenidənqurma”nın özü kimi yarımçıq qalmış həmin evlər uzun müddət elə həmin dövrün simvolu idi. Özü də təkcə Şamaxıda yox, bütün bölgələrdə. Camaatda o dövr vəsait haradaydı ki, respublikanın o vaxtkı rəhbərliyinin vədlərinə aldanaraq bünövrəsini bir az da böyük götürdüyü evlərini tikib başa çatdırsın. Xüsusən də siyasi böhranın iqtisadi tənəzzülə qarışdığı bir vaxtda. Sonrakı illərsə ondan da betər. Yazıb təkrarçılıq etmək istəmirik. Bəs nəticəsi nə oldu? O oldu ki, təkcə tikilən evlər yarımçıq qalmadı, həm də arzular ürəklərdə dondu, ömürlər qırıldı, əyalətlərdən köç dalğası başladı, kəndlər boşaldı, əkinçi torpaqdan, çoban mal-qaradan ayrı düşdü... Hansını deyəsən, hansını xatırlayasan... İş yerlərinin bağlanmasını, yoxsa sosial problemlərin başdan aşdığınımı, elektrik enerjisi, təbii qaz, hətta suyun qəhətə çıxdığını, yoxsa nisyə dəftərsiz bir dənə də dükanın olmamasınımı?! Vaxt vardı indiki orta yaşlı nəslin valideynləri Böyük Vətən müharibəsindən (1941-1945) söz düşəndə əllərini göyə qaldırıb “getsin o günlər, bir də qayıtmasın” deyirdilər. Bugünsə orta yaşlı nəsil dua edir ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində onların yaşadıqları həmin günləri Tanrı heç kimə göstərməsin!

Axı bu gün dövran başqadır. Hətta o dərəcədə ki, cəmi bir neçə il əvvəl yaşananlar indi adama qorxulu yuxu kimi gəlir. Çünki tikintisi yarımçıq qalmış evlər və dağılmış yollar, boşalmış kəndlər və sahibsiz torpaqlar, qapısı qıfıllı müəssisələr və adamsız küçələr, işıqsız pəncərələr və tüstüsüz bacalar artıq neçə ildir arxada qalıb. Vaxtı ilə günə 1 “şirvan”lıq yeri axtaran hazırda 300-400 manatlıq maaşa yaxın durmur, illər öncə başının üstündə adicə dam arzulayan bu gün 2-3 mərtəbəli evlə və ya 2-3 mənzillə kifayətlənmir, övladına orta ixtisas təhsili verməyi arzulayanın ürəyindən indi uşağını xaricdə oxutdurmaq keçir. Adam tanıyırıq ki, 15-20 il əvvəl Bakıya gəlməyə yol pulu tapmırdı, bugünsə qapısında 3 şəxsi avtomobili var. Səhhətində problem olan qonşumuz var ki, neçə il əvvəl hətta evdə müalicə almağa imkanı çatmırdısa, hazırda sağlamlığını bərpa etmək üçün yalnız xaricə gedir, özüAvropa ölkələrinə. Bir nəfər var - təxminən 20 il əvvəl rayon mərkəzlərinin birindəki kafedə çay paylayırdı. İndi isə nəinki həmin rayonda, hətta bölgədə uğurlu adamı kimi tanınır. Təkcə şəxsi avtomobilinin qiyməti vaxtı ilə günəmuzd işlədiyi iaşə obyektinin dəyərindən bir neçə dəfə bahadır. Avtomobildən söz düşmüşkən. İndi avtomobil tıxacları təkcə Bakıda yaranmır, digər şəhər və qəsəbələrimizin küçələri də maşınların bugünkü sayına darlıq edir.

Bütün bunlarqeyd etmədiyimiz, amma gündəlik qarşılaşdığımız başqa hallar son illər Azərbaycanın əhalinin güzəranının yaxşılaşması ilə müşayiət olunan inkişafının gözlə görünən, hər birimiz tərəfindən yaşanılan tərəfidir. Həmin inkişafın digər tərəfi isə rəsmi məlumat və ya konkret rəqəmlərdir. Bu yerdə mövzumuzun davamı olaraq ilk növbədə ev və mənzil tikintisinin statistikasına nəzər salaq: Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, təkcə cari ilin 10 ayı ərzində bütün ölkə ərazisində ümumi sahəsi 1 milyon 645,2 min kvadratmetr olan yaşayış evləri və mənzilləri tikilib. Bu, 4 nəfərdən ibarət təxminən 411,2 min ailənin öz yaşayış şəraitini yaxşılaşdırması deməkdir. Nəzərə alsaq ki, Azərbaycanda yenə də təxminən 4 nəfərdən ibarət 2,4 milyon ailə (9,6 milyon əhali) var, onda yalnız bu ilin əvvəlindən onun 17 faizdən çoxunun özünü təzə evya mənzillə təmin etməsi sıradan bir fakt kimi qəbul olunmamalıdır. 15-20 il əvvəl tikintisi tamamlanmamış qalan minlərlə evin fonunda daha qabarıq nəzərə çarpan bu fakt ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün həyata keçirilən tədbirlərin əyani təsdiqidir. Özü də hamısı yox. Sözügedən dövrdə ölkə üzrə həmçinin 25 min 350 şagird üçün yeni məktəb binaları, 1100 yerliyə yaxın məktəbəqədər təhsil müəssisələri istifadəyə verilib. Bunlardan başqa, bütün ölkə boyu tikilən müxtəlif təyinatlı çoxsaylı sənaye və turizm obyektləri, idman və mədəniyyət ocaqları, salınan şəhərlər və kəndlərarası müasir avtomagistrallar, yolötürücülər və körpülər də cari ilin 10 ayının yeni ünvanlarıdır. Amma bunlar da hələ hamısı deyil. Cari ilin 9 ayı ərzində ölkədə 82,1 mini daimi olmaqla, 100 mindən çox yeri açılıb. 2009-cu ildən bu ilin sentyabr ayınadək açılan yerlərinin sayı isə 471 mindir ki, onların da 358,2 mindən çoxu daimidir. Yeni yerləri ilə bağlı digər mühüm faktlar: bu yerlərinin 70,6 faizi regionların, 82,6 faizi özəl və bütünlükdə qeyri-neft sektorlarının payına düşür.

Bugünkü yerləri isə həm də yüksək əməkhaqqı deməkdir. Elə 2014-cü ilin yanvar-oktyabr aylarında ölkə üzrə əhalinin ümumilikdə pul gəlirlərinin 5,4 faiz artaraq 30,4 milyard, onun adambaşına düşən hissəsinin 4,1 faiz yüksələrək 3229,5 və ya orta hesabla ayda 322,9 manata çatması, eləcə də bu ilin 9 ayının nəticələrinə görə, muzdla işləyənlərin orta aylıq maaşlarının 5,7 faiz çoxalaraq 441,6 manat olması həm də bunun nəticəsidir. Əhalinin gəlirlərinin yüksəlməsinin səmərəsi bir də ondadır ki, bu artımlar ölkə üzrə istehlak qiymətlərinin və xidmət tariflərinin 10 ay ərzində cəmi 1,6 faiz bahalaşması fonunda baş verib. Deməli, gəlirlərin artımı inflyasiyanı 3,8 faiz üstələyib ki, bu da əhalinin sərəncamında qalan vəsaitə təsirsiz ötüşməyib. Məhz həmin təsirin göstəricisidir ki, bu il oktyabrın 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 7 milyard manata çatıb. Məhz əhalinin pul gəlirlərinin və həm də alıcılıq qabiliyyətinin artmasının nəticəsidir ki, sözügedən dövrdə ölkədə əmtəə dövriyyəsinin həcmi 9,6 faiz çoxalaraq 17,5 milyard manat təşkil edib.

Bu səpkidən olan başqa faktlar da sadalamaq mümkündür. Lakin elə bunlar kifayətdir. Birki, necə deyərlər, görünən dağa nə bələdçi. Məgər yaşadığımız və yolumuz düşən şəhər, qəsəbə, kəndlərin, getdiyimiz yolların, gəzdiyimiz, istirahət etdiyimiz park və xiyabanların, müalicə aldığımız səhiyyə ocaqlarının, övladlarımızı oxutduğumuz məktəblərin, körpələrimizi etibar etdiyimiz uşaq bağçalarının və nəhayət, dolanışığımızın timsalında haradan hara gəlib çatdığımızı görmürükmü?! Vaxtı ilə tikintisi yarımçıq qalmış, yaxud köhnə evlər “məzarlığ”ına bənzəyən ərazilərdə indi bir-birindən möhtəşəm villalardan ibarət böyük qəsəbələrin salındığını, illər əvvəl adi əkinçi xışına həsrət qalmış əkin sahələrində bu gün müasir kənd təsərrüfatı texnikalarının səsindən qulaq batdığını, mal-qaranı “unutmuşörüş yerlərininsə indi onları tutmadığını, camaatın , dolanışıq dalınca çöllərə düşdüyü dövranın da arxada qaldığını və artıq dönüş zamanının olduğunu görmək eləmi çətindir?! Bəs ötən əsrin 90-cı illərində Ermənistanın təcavüzü nəticəsində alaçıqlarda, vaqonlarda, çadırlarda, hətta açıq havada məşəqqətli qaçqın və köçkün həyatını, belə demək mümkünsə, yaşamağa məcbur olmuş soydaşlarımızın hazırda hər cür infrastruktura malik müasir qəsəbələrdə geniş evlər və rahat mənzillərlə təmin edilməsi?! Axı bütün bunları görməmək sadəcə mümkün deyil!

...Bu günlər yoldaşımızın Moskvada yaşayan tələbə yoldaşı Bakıya gəlmişdi. Rusiyalı həmkarımız paytaxtımızı heyranlıqla gəzib-dolaşandan sonra deyib ki, sizdə neft vəsaitlərinin ölkənin inkişafına, xalqın rifahına xərclənməsi açıq-aydın görünür.

Elə məqaləmizi də qonağın həqiqətdən doğan bu səmimi sözləri ilə tamamlayırıq.

 

Raqif MƏMMƏDOV,

Azərbaycan.-2014.- 7 dekabr.- S.1.