“Azərbaycan
Respublikasında dövlət büdcəsindən maliyyələşən
idarə, müəssisə və təşkilatlarda nəqliyyat
vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 379 Bakı
şəhəri, 21 noyabr 2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹7, maddə 747; 2012, ¹8, maddələr 827, 830; 2013, ¹3, maddə 347, ¹7, maddə 886, ¹8, maddə 1017, ¹10, maddə 1218; 2014, ¹1, maddələr 51, 69, ¹2, maddə 201, ¹4, maddə 441, ¹5, maddələr 572, 594, ¹6, maddə 194, ¹8, maddə 1015) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 8-ci sırasının “cəmi” və “aparat üzrə” sütunlarında “4” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 7 dekabr.- S.2.