Əsrə bərabər onillik

 

Qlobal təşəbbüslər Azərbaycanı dünyanın

 mühüm geosiyasi aktoruna çevirir

 

Dinamik inkişafı ilə nəinki Cənubi Qafqazın, ümumən Avratlantika geosiyasi arealının aparıcı dövlətlərindən birinə çevrilən, özünəməxsus inkişaf modeli dünyanın nüfuzlu maliyyə-iqtisadi mərkəzlərinin maraq dairəsində olan Azərbaycan son illər həm də dünya siyasətinə təsirsiz ötüşməyən qlobal layihələrin təşəbbüskarı qismində çıxış edir. Ötən əsrin 90-cı illərində daha çox qlobalsubregional enerji layihələri ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkən respublikamız xüsusilə son 10 ildə iqtisadi modernləşmə, demokratikləşmə, insan hüquqlarının təminatı, sivilizasiyalararası dialoqmultikulturalizm sahəsində mühüm uğurlara imza atıb.

 

İnkişaf göstəriciləri artıq faizlə yox, dəfələrlə ölçülür

Son illərin reallıqları müasir dünyanın Azərbaycana regionun aparıcı söz sahiblərindən biri kimi yanaşdığını göstərir və belə bir imicin formalaşmasında, şübhəsiz, ölkəmizin son 11 ildə keçdiyi dinamik inkişaf yolunun müstəsna təsiri də xüsusi vurğulanmalıdır. Bu mərhələ cəmiyyət həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. “Əsl siyasət konkret, real görməkdən ibarətdir” - tezisini irəli sürən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirir.

Monolit, işlək, çevik komandaya malik dövlət başçısı yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin edib, beləliklə də, respublikamız 2009-cu ildə MDB məkanında iqtisadi sahədə keçid dövrünü başa vuran ilk dövlət olub. Respublikanın investisiyasosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, yeni yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib.

Cəmi 11 ildə həyata keçirilən islahatlar real miqyasına, əhəmiyyətinə görə digər ölkələrin nümunəsində əslində, ən azından bir neçə onilliklər ərzində reallaşdırıla bilərdi. Fəqət, öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan qısa zaman kəsiyində fantastik görünə biləcək sürətli inkişaf yolu keçmiş, taleyüklü məsələlərin həllinə nail olmuşdur. Cənab İlham Əliyevin özünün bəyan etdiyi kimi, son 11 ildə inkişaf dinamikasına görə Azərbaycanla müqayisə oluna biləcək ikinci bir ölkə yoxdur.

Ötən onillik, ilk növbədə, dünya siyasətinə təsir göstərən möhtəşəm qlobal iqtisadi layihələrin reallaşdırılması ilə səciyyəvidir. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, Bakı-Tbilisi Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, “Ümid”, “Abşeronkimi perspektivli yataqlar kəşf olunması, Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması, TANAP və TAP kimi layihələrin gerçəkləşməsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsini təmin edib. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik edən Azərbaycan bütövlükdə MDB və Avropa məkanında heç bir ölkədən iqtisadisiyasi asılılığı olmayan, müstəqil siyasət yeridən azsaylı dövlətlərdən biridir.

Respublikamız həm də regional və beynəlxalq əhəmiyyətli layihələri də daxili imkanları hesabına maliyyələşdirmək gücündə olduğunu sübut edib. Təkcə bir faktı demək kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit verib. Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Türkiyə, Gürcüstan, Moldova, İçveçrə və Yunanıstan ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Şübhəsiz, digər ölkələrin iqtisadiyyatına yatırılan investisiyalar yaxın perspektivdə respublikamıza böyük iqtisadi dividendlər qazandıracaq.

Son onilliyin ən mühüm göstəricilərindən biri də ölkənin neft gəlirlərindən asılılığının əhəmiyyətli dərəcə azaldılmasıdır. Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında Prezidentin vurğuladığı kimi, həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə Azərbaycanda qeyri-neft sənayesi 6 faiz artıb. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı, həmçinin yoxsulluğun azaldılması və davamlı inkişaf, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramları və digər sahəvi inkişaf sənədləri təsdiq edilib. Qeyri-neft sənayesində inkişaf tempinin neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələməsi beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən də müsbət dəyərləndirilib. Dünya İqtisadi Forumunun ənənəvi “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatında Azərbaycan 38-ci yerdə qərarlaşıb.

Ümumilikdə, son illərin digər makroiqtisadi göstəriciləri də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə adekvat olduğunu təsdiqləyir. Ötən onillikdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil edib. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artıb. Bu dövrdə ölkə iqtisadiyyatına 132 milyard dollar məbləğində sərmayə qoyulub. Bu müddətdə bir milyondan çox yeni yeri açılıb, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5 faizə enib. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın “yuxarı orta gəlirli” ölkələr sırasında mövqeyi daha da möhkəmlənib.

 

Dünya Azərbaycanı öyrənir

Uzun illər mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb prosesdir. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir. Son 10 ildə sosial sahədə həyata keçirilmiş tədbirlərin miqyası da həddindən artıq böyükdür. Sadəcə onu demək kifayətdir ki, sovet dövründən banklarda qalmış əmanətlərinin ədalətli şəkildə və əhalinin maraqları nəzərə alınmaqla qaytarılması keçmiş ittifaq respublikaları arasında məhz Azərbaycanda həyata keçirilib (digər dövlətlərdə bu prosedurlar əhalinin kütləvi narazılıqları ilə baş tutub). Ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü idi.

Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadisiyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə çevirib. İnam və əzmkarlıqla həyata keçirilən siyasi xətt, ardıcıl islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, onu sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bilib. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını məhz insan kapitalı təşkil edəcək. Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə, ölkəmiz inkişafının yeni əsaslarını təyin edərək biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək.

Azərbaycanda hazırda mövcud olan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və mədəni inkişafı balanslı və əhatəli şəkildə təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirib, ölkədə 1 milyondan çox yeri açılıb, çadır düşərgələri ləğv olunub, sosial problemlərin böyük qismi həllini tapıb, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunub. Son onilliyin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatıb. Azərbaycanın strateji valyuta ehtiyatları 2014-cü ilin 9 ayında daha da artaraq 53 milyard ABŞ dolları həddinə yetişib. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 9 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 8 dəfəyədək az olması milli iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir.

Yeni dünya nizamının tələblərinə cavab verən və milli maraqlara əsaslanan enerji diplomatiyası yürüdən, bütövlükdə Avropanın mavi yanacaqlı təminatında mühüm ölkələrdən birinə çevrilən Azərbaycanın qətiyyətli mövqeyi sayəsində bir müddət əvvəl daha bir strateji əhəmiyyətli layihəyə xeyir-dua verilib: 2014-cü il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması yeni neft diplomatiyasının hazırkı mərhələdə də uğurla davam etdirildiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunun əhəmiyyətli dərəcədə gücləndiyini göstərir. Yeni layihənin reallaşması ölkəmizin malik olduğu zəngin təbii qaz ehtiyatlarının Avropaya nəqlində diversifikasiya imkanlarını bir qədər də genişləndirəcəkdir.

 

ASAN dövlət

“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” - deyən Prezident İlham Əliyev sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Şübhəsiz, bu yanaşma respublikamızın qısa müddətdə elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin birbaşa nəzarəti altında “Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin tətbiqi istiqamətində işlərə təkan verilib. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçünbir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron hökumət” portalı (www.e-gov.az) yaradılıb. 2020-ci ilə qədər bütün xidmətlərin elektronlaşdırılması və əhalinin 80 faizinin bu xidmətlərdən istifadəsinin təmin edilməsi strateji hədəflərdən biri kimi qarşıya qoyulub.

Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilib. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin optimallaşmasına və effektivliyinə təkan verib. Hazırda burada 9 dövlət qurumu tərəfindən 25 xidmət göstərilir.

Vətəndaşlara göstərilən xidmətlərin “vahid pəncərə” əsasında həyata keçirilməsi ölkədə vətəndaş - dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəldib. Bu təşəbbüs vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümüdür. BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark bir müddət əvvəl Azərbaycanın elmi innovasiyalar sahəsində qazandığı uğurları yüksək dəyərləndirib, habelə “ASAN xidmət”i dünyada yeniunikal model kimi səciyyələndirib.

Ölkə başçısının 2014-cü il 13 fevral tarixliElektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı da bu sahədə ötən illərdən başlanmış işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əhəmiyyətli sənəddir. Belə bir sərəncamın imzalanması “ASAN xidmət”in yaradılması ilə vətəndaş məmnunluğuna səbəb olan müasir, sivil, şəffaf xidmətlərin məhkəmə orqanlarının fəaliyyətində də geniş tətbiqinə imkan verir.

 

Daha böyük hədəflərə doğru

İqtisadi sahədə qazanılan uğurlarla yanaşı, respublikamız bu gün həm də regionda mühüm siyasi, iqtisadi, mədəni təşəbbüslərin icrasıçı kimi tanınır. 2012-ci ildə “Eurovizionkimi qlobal musiqi yarışmasına ev sahibliyi edən Azərbaycan bu gün həm də Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti nəticəsində gender bərabərliyinə, sivilizasiyalararası dialoqa, multikulturalizm ideyalarının təbliğinə, savadsızlığın aradan qaldırılmasına və s. xidmət edən qlobal forumlara, konfranslara, layihələrə ev sahibliyi edir. Ötən ay keçirilmiş dördüncü Bakı Beynəlxalq Humanitar Forumu da Azərbaycanda yüksək tolerantlığın bariz təsəssümü kimi tarixiləşmişdir. Bu forumların Bakıda keçirilməsi, ilk növbədə, respublikamızın sivilizasiyalararsı dialoq prosesində fəal mövqe tutduğunu, zəngin Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynadığını göstərir.

2015-ci ildə ilk Avropa Oyunlarına sahiblik edəcək Azərbaycan malik olduğu iqtisadi potensialı və zəngin mədəni-mənəvi dəyərləri bir daha bütün dünyaya təqdim etmək imkanı qazanacaqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında respublikamızın qlobal təşəbbüslərlə çıxış edən ölkə olduğunu xüsusi vurğulayaraq demişdir: “Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə “Formula 1” yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi”.

Ümumilikdə, ötən onillikdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin ümumi mənzərəsi isə keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir.

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 7 dekabr.- S.3.