Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti bölgəni

 Suriyaya, İraqa çevrilməkdən qoruyur

 

Zahid Oruc: “Bu gün agentura missiyası üçüncü sektorun üzərinə qoyulub

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevinİkili standartların dünya nizamı və müasir Azərbaycan” sərlövhəli məqaləsi cəmiyyət tərəfindən çox müsbət qarşılanmış və ölkə ictimaiyyətinin müzakirə mövzusuna çevrilmişdir. Siyasətçilər də məqalədə əksini tapan məsələlərə münasibətlərini bildirirlər.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bizimlə söhbətində öz fikirlərini belə bölüşdü:

- Dünyada gedən siyasətin dərin təhlili hamımız üçün çox önəmlidir. İndi vahid ideologiyalar kontekstində deyil, sırf milli mənafelərdən çıxış edərək mürəkkəb geopolitik maraqları qiymətləndirmək, hadisələrin mahiyyətini düzgün dərk etmək olduqca çətindir. Reallıqların qavrayışı, informasiya basqısına və beyin yuyulmasına məruz qalmadan həqiqi elmi yanaşmalarla hadisələrə nüfuz emək bacarığı hər bir ölkənin siyasi elitasının qarşısında duran başlıca vəzifədir.

Akademik Ramiz Mehdiyev ölkəmiz əleyhinə barrikada quran daxili və beynəlxalq dairələri siyasi cəhətdən tərksilah edən ən güclü ideyaların müəllifi, baxışlar sisteminin qurucusudur. Onunikili standartlardan bəhs edən məqaləsi də əsl həqiqətdə siyasi dərs olmaqla ustad təlimlərinə çevrildi.

Etiraf edək ki, soyuq müharibədən sonrakı dövrün xarakteristikasını vermək elə də asan deyil. Çünki sabit dəyərlər və dayanıqlı prinsiplər əsasında dünya nizamının qurulduğunu söyləyə bilmərik. İndi informasiya məkanında tüğyan edən tendensiyalılıq, beynəlxalq mətbuatın hədsiz təmayülləşməsi fonunda milli hakimiyyətlər üçün qərar qəbuletmə o qədər də asan deyildir. Hər gün dövriyyəyə çıxarılan təbliğatçı materialların, dövlətləri təsir altına almaq niyyətlərinin qarşısında duruş gətirmək, beyinlərə yeridilən yad ideologiyaları və təhlükəli siyasi cərəyanları ifşa etmək istənilən milli hakimiyyətlərdən peşəkarlıq, aparıcı menecmentlik qabiliyyəti tələb edir. XXI əsrin müharibələri özünün texnoloji əsaslarına və onu həyata keçirən qüvvələrin əl atdığı taktiki vasitələrə görə əvvəlki savaşlardan kəskin fərqlənir.

Baxın, ən müqəddəs dəyərlərdən biri olaraq irəliyə sürülən “üsyan hüququ” və yadaimi inqilablar” nəzəriyyəsi son on ildə nə qədər ölkəni siyasi xəritədən silinmək təhlükəsi qarşısında qoyubmilyonlarla insan itkisinə yol açib. Amma başlayanda hər biri demokratik ideallar və azadlıqlardan bəhs edir, devrilən hər bir hökumətin əvəzində əsl xalq hakimiyyətlərinin qurulacağından dəm vurulur. Yekunda məlum olur ki, bolşevizmin ixracı, sosialist düşərgələrinin yaradılması mahiyyətcə nə idisə, demokratiyanın da exportu həmin məqsədlərə xidmət edir. Məgər bu gün dinc inqilablar haqqında danışanda onun xalqlar üzərində bir siyasi eksperiment konsepsiyasına, yaxud üsuli-idarələrin sırınmasına çevrildiyini görmürük?

Yaxud da vaxtilə gözəgörünməz cəbhədə yer alaraq totalitar quruluşları təhlükəsizlik qüvvələrinin və xəfiyyə strukturlarının əli ilə qorumaq vəzifəsinin indi çox ustalıqla “beşinci kolon”ların üzərinə qoyulduğunu necə gizlətlmək olar? Axı açıq cəbhədə fəaliyyət aparan belə təsir agentləri, maraq qrupları nəinki xarici maliyyə əsasında qərar tutur, eləcə də insan haqlarının sərhədsiz mahiyyəti haqda yaradılan əsatirlər birbaşa kənar siyasi müdaxilələrin ideya bazisi kimi çıxış edir. Kütlələrə yeridilən fikir budur: bir milyon insanın haqqının pozulması, işğal gerçəkliyi və təcavüz aktları o qədər dəhşətli hüquqi cinayətlər deyil, ən pisi fərdlərə - özüxüsusi imtiyazlı adamlara qarşı tətbiq olunan qanuni tədbirlər əsl repressiya və özbaşınalıqdır. Anlayışların necə dəyişdirildiyinə və dəyərlərin hansı formada təhrif olunduğuna diqqət edirsinizmi?

Özü də xaricdən himayə olunan həmin kasta guya hökumətin fəaliyyətinə nəzarət adı ilə meydana çıxsa da, onların əksəriyyəti qapalı strukturlargizli kontorlar kimi dövlət qarşısında bütün hesabatlardan özlərini kənarda saxlamağa çalışırlar. Məqsəd hamıya bəllidir: donorların verdiyi vəsaitlərin qeyri-şəffaf məqsədlərə xərcləndiyini gizlətsinlər, təyinatından kənar işlərlə məşğul olduqlarını faş etməsinlər. Burada əhəmiyyətli məsələlərdən birisiyasi partiyaların və hakimiyyət uğrunda mübarizə vəzifəsinin qeyri-hökumət təşkilatlarının üzərinə qoyulmasıdır. Məgər 3-cü sektorun və vətəndaş cəmiyyəti fəlsəfəsinin əsasını bu təşkil etməlidir? Bəs qrant maxinasiyaları və yalnız hakimiyyət əleyhdarlarının mükafatlandırılması necə, bu da demokratiya quruculuğuna xidmət edir? Onda daha geniş xalq kütlələri ilə əməkdaşlığı buraxıb çoxluğun mənafelərinin bir ovuc hüquq istismarçılarına, mənəvi və siyasi cəhətdən çıxdaş olunmuş tüfeylilərə qurban verilməsinə necə bəarət qazandımaq olar?

Təkcə bu il həmin dairələrə xərclənən vəsait 13 milyon dollardan artıqdır. Azərbaycan insanları onlardan buna görə bir fayda görübmü?

Bəllidir ki, Sovetlər birliyi dağılandan sonra müstəqillik qazanan ölkələrin hərəsi fərqli bir inkişaf yolu seçdi. O zaman Avropa dəyərləri hədsiz cazibəli idi və millətlər Qərb ideallarına can atırdılar. Lakin indi illüziyaların çoxu dağılıb, aydın olub ki, daxillərində yaxşı infrastruktur, dövri olaraq dəyişən iqtidarlar, dövlət-vətəndaş münasibətlərindəki qanunçuluğa nail olan yeni tərəfdaşlarımız beynəlxalq siyasətdə hədsiz mənfəətpərəstdirlər və siyasi korrupsiyaya uğramışlar.

Bu gün Azərbaycanın qarşısında bir sual durur: kiminlə savaşmalı? Real, gözlə görünən, Azərbaycan torpaqlarında özünə səngər qurmuş ermənilərə qarşı, yoxsa jurnalist, QHT-çi vəsiqəsi ilə “beşinci kolonda lövbər salımış demokratiya emissarları ilə? Silahlı rəqiblə vurşmaq o qədər də çətin deyil, nəinki beyinləri satın alınmış mənafe qrupları ilə. Çünki onları qoruyan güclü mərkəzlər var. Əllərindəki bütün təbliğat resurslarını sənə qarşı çevirib hər cür böhtan kampaniyası aparmağa qadirdirlər.

“Azadlıq mücahidləri” olaraq yetişdirlən belə qılaflı dəstələr düşmənin arxa cəbhədə - öz içimizdə əsl müttəfiqlərinə çevriliblər. Avropanın sütunlu salonlarında qəbul olunanindi də müxtəlif medallarla təltif edilən leyla yunuslar əsl xalq dərdini, işğal gerçəkliyini bircə dəfə həmin o beynəlxalq təşkilatlara daşıyıblarmı? Yaxud sizlər onları Qarabağda, çadır şəhərciyində, yazığın və kimsəsizin yanında görmüsünüzmü?

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda, həqiqi milli mənafelər kontekstində fəaliyyət aparanlara heç bir problem yoxdur. Onlar bu gün dövlətin əsl partnyorları kimi çıxış edirlər. Onlarla birgə ölkəmizdə böyük işlər görülür. Burada Şərq ənənələri, tarixi mental dəyərlərimizlə yanaşı, qabaqcıl Qərb modelləri də üzvi şəkildə vəhdət təşkil etməkdədir. Bu, Prezident İlham Əliyevin qurduğu müasir Azərbaycan dövlətidir. Cənab İlham Əliyev XXI əsrin liderlərindən biridir. Baxın çevrənizə, dünən siyasi meydanda güc göstərən mərkəzlər, postsovet məkanında söz sahibi olan dövlətlər bu gün real təhülkələrlə üz-üzədirlər. Sabitlik onlar üçün bütün təbii nemətlərdən daha əhəmiyyətli olub. Ölkəmizdə həm vətəndaş sülhü mövcuddur, həm də cəmiyyətin dinamik inkişafı, texnolojiiqtisadi yeniləşmə, Qarabağ müharibəsinin itkilərinin aradan qaldırılması siyasəti həyata keçirilməkdədir. Məgər bunları hər hansı “möhtəkir kolonlarla inkar etmək mümkündürmü? Əsla yox!

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 7 dekabr.- S.3.