Azərbaycanlı dizaynerin
modaları fransızların marağına səbəb olub
Dekabrın 6-da dünyada modalar şəhəri kimi məşhur olan Parisin möhtəşəm “George Y” hotelinin “Vandom” salonunda Şərq geyim modalarının festivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış modelyer Fəxriyyə Xələfova təmsil edib.
AzərTAc-a müsahibəsində festival haqqında məlumat verən F.Xələfova deyib: “Mən bu il artıq ikinci dəfədir ki, Parisdə öz yeni kolleksiyamı nümayiş etdirirəm. Birinci dəfə “LABO etnik” modalar festivalına qatılmışdım. Bu beynəlxalq festivalda etnik elementlərlə zəngin kolleksiyalar nümayiş olunurdu. Elə həmin vaxt bugünkü tədbirə dəvət aldım.
“Oriental Fashion Shou” adından da göründüyü kimi, Şərq üslubunda hazırlanan modaların təbliği məqsədi daşıyan festivaldır. Mərakeşli həmkarlarım çox maraqlı kolleksiyalar təqdim etdilər. Ümumilikdə, festivalın ab-havası xoş təsir bağışlayırdı. Buna səbəb bütün kolleksiyaların zənginliyi və gözəl parçalardan hazırlanması idi.
Festivalda mənim on kolleksiyam nümayiş olundu. Onların əsas
qayəsini Azərbaycanın
geyim mədəniyyətini,
milli geyimlərimizin səciyyəvi elementlərini,
dekorativ tikmə növlərini fransız tamaşaçılarına göstərmək
təşkil edirdi.
Festivalda nümayiş olunan kolleksiyalarım vasitəsilə
əl işindən, ipək parçalardan, buta naxışlardan hazırlanmış geyimlər
təqdim etdim. Onların bir
çoxu həm tamaşaçıların, həm
də mətbuatın
marağına səbəb
oldu. Nümayişdən
sonra mənə ünvanlanan çoxsaylı
suallar bu maraqdan xəbər verirdi.
Eyni zamanda, tamaşaçılar Azərbaycana
xas milli geyim üslubunun Şərq ölkələrinin
milli geyimlərindən
nə ilə fərqləndiyini bilmək
istəyirdilər. Mən onlara
bu fərqi izah etdim. Belə ki, Azərbaycan
milli geyimlərinin özünəməxsus, təkrarolunmaz
elementləri var və heç bir Şərq ölkəsinin geyimləri
ilə istər görünüş, istərsə
də məzmun baxımından üst-üstə düşmür.
Mən kolleksiyalarımda hər zaman Avropa üslubu
ilə milli üslubu sintez şəkildə təqdim
etməyə çalışıram.
Ona görə də hazırladığım
geyimlər çox
dəbdəbəli görünür”.
Belə
möhtəşəm tədbirdə
iştirak etməsini çox əlamətdar hadisə kimi dəyərləndirən F.Xələfova
söhbətini belə
tamamladı: “Mənə
Azərbaycanı, onun
geyim mədəniyyətini
fransızlara yaxından
tanıtmaq səadəti
nəsib olduğuna görə sevinir və qürur hissi keçirirəm”.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2014.- 9 dekabr.- S.8.