Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmişPatent müvəkkilləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 383                                    Bakı şəhəri, 3 dekabr 2014-cü il

 

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 119; 2002, ¹ 3, maddə 148; 2004, ¹ 3, maddə 193; 2009, ¹ 1, maddə 32, ¹ 9, maddə 752; 2010, ¹ 3, maddə 255; 2014, ¹ 5, maddə 578) ilə təsdiq edilmişPatent müvəkkilləri haqqında Əsasnamə”nin 8.1-ci bəndinin üçüncü abzasında “vətəndaşlığını itirməsi” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 9 dekabr.- S.1.