Əli Həsənov: Xədicə
İsmayılova konkret cinayət əməlində
şübhəli
bilinib və məhkəmənin qərarı ilə həbs
olunub
“Azadlıq”
radiosunun əməkdaşı Xədicə İsmayılova
konkret cinayət əməlində şübhəli bilinib və
məhkəmənin qərarı ilə həbs olunub.
Bu
sözləri AzərTAc-a açıqlamasında Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov bildirib.
Əli
Həsənov deyib: “Respublika Baş Prokurorluğunun
açıqlaması onun həbsində hər hansı siyasi
motivi istisna edir. Buna görə də bəzi yerli və xarici
dairələrin, təşkilatların məsələ ilə
bağlı səsləndirdikləri bəyanatlar qərəzlidir,
əsassızdır və bir mərkəzdən idarə
olunan proses təəssüratı bağışlayır.
Düşünürük ki, bu siyasiləşmiş bəyanatlar
həm də hüquq mühafizə orqanları tərəfindən
Azərbaycan qanunvericiliyinə uyğun olaraq bu işlə
bağlı obyektiv istintaqın həyata keçirilməsinə
təzyiq xarakteri daşıyır.
Hüquqi,
demokratik dövlət olan Azərbaycanda bütün
azadlıqlar, o cümlədən söz və məlumat
azadlığı, hər bir vətəndaşın sərbəst
şəkildə öz fikirlərini ifadə etmək
hüququ tam təmin edilib. Azərbaycanda mövcud qanunlar
çərçivəsində fəaliyyətinə, siyasi
baxışlarına, fikirlərinə görə heç bir
jurnalist həbs olunmur və bundan sonra da həbs olunmayacaq”.
Azərbaycan.-2014.- 9 dekabr.- S.2.