Təhsil naziri
Saatlı şəhərində vətəndaşları qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciət, ərizə və şikayətlərinin
müsbət həll edilməsi üçün müvafiq tədbirlər
görürlər.
AzərTAc
xəbər verir ki, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin 2014-cü ilin dekabr
ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq təhsil naziri
Mikayıl Cabbarov dekabrın 8-də Saatlı şəhərindəki
Gənclər Mərkəzində Şirvan şəhərində,
Saatlı, Sabirabad, İmişli, Beyləqan və Hacıqabul
rayonlarında yaşayan bir qrup vətəndaşı qəbul
edib.
Nazirliyin
idarə və departamentlərinin, həmçinin tabeli
qurumlarının rəhbərlərinin iştirak etdikləri
30-dan çox sakinin müraciətlərinə baxılıb.
Vətəndaşlar işə qəbul, xaricdə təhsil, məktəblərin təmiri ilə əlaqədar müraciət ediblər. İş yerlərinin dəyişdirilməsi, tələbələrin bir ali təhsil ocağından digərinə köçürülməsi, təhsildə yeniliklərin tətbiqinə dair təkliflər də qəbul zamanı qaldırılan məsələlər sırasında olub.
Nazir Mikayıl Cabbarov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Müraciətlərin bir qismi elə yerindəcə öz
həllini tapıb. Nazirliyin səlahiyyətinə
aid olmayan məsələlər
isə aidiyyəti orqanlara
çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə
götürülüb.
Azərbaycan.-2014.- 9 dekabr.- S.5.