Akademik Qərib Məmmədovun “Aqrar islahatların
Heydər Əliyev modeli” kitabı
çapdan çıxıb
Ulu
öndər Heydər Əliyevin xatirəsini anma günü ərəfəsində
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar
Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun
“Aqrar islahatların Heydər Əliyev modeli” adlı kitabı
çapdan çıxıb.
AzərTAc
xəbər verir ki, elmi redaktoru Azərbaycan
Respublikasının Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov
olan kitab müasir Azərbaycanın memarı, dünya azərbaycanlılarının
həmrəyliyinin təminatçısı, 45 il bundan əvvəl
siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı
qüdrətli ölkəyə çevirən, əbədi
istiqlalımıza nail olan ulu öndər Heydər Əliyevin
aqrar siyasətinə, dahi rəhbərin siyasi xəttini
uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət
əhəmiyyətli proqram və layihələr nəticəsində
əldə olunan nailiyyətlərə həsr edilib.
“Elm”
nəşriyyatında çapdan çıxan Kitab
üç bölmədən – “1969-1982-ci illərdə aqrar
sahədə həyata keçirilən mühüm islahatlar nəticəsində
Azərbaycan kompleks inkişafa nail oldu”, “1993-2003-cü illərdə
gerçəkləşən aqrar islahatlar tarixə Heydər
Əliyevin aqrar siyasəti kimi yazıldı” və “Heydər
Əliyevin aqrar islahatları regionların sosial-iqtisadi
inkişafına təkan verməklə yanaşı, milli
dövlətçilik tarixində Lider – Varis ənənəsinin
təntənəsinə stimul oldu” bölmələrindən
ibarətdir.
Azərbaycan.-2014.- 11 dekabr.- S.5.