Mədəniyyət və turizm
naziri Sabirabadda vətəndaşları
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstəriş
və tövsiyələrinə müvafiq olaraq, dekabrın
10-da mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində
Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi,
Laçın, Füzuli, Xocavənd, Cəbrayıl
rayonlarından olan vətəndaşları qəbul edib.
AzərTAc
xəbər verir ki, nazirliyin idarə və departamentlərinin,
həmçinin tabeli qurumlarının rəhbərlərinin
iştirak etdikləri görüşdə Aran bölgəsinin
rayonlarında yaşayan bir qrup vətəndaşın
müxtəlif xahiş və təkliflərinə
baxılıb.
Vətəndaşların
müraciətləri əsasən tarixi abidələrin bərpası
və qorunması, bölgələrdə turizmin
inkişafı, yeni otellərin tikintisi, yerlərdə musiqi və
incəsənət məktəblərinin, kitabxanaların fəaliyyətinin
genişləndirilməsi, musiqi məktəblərinin və
klubların təmiri, mədəniyyət müəssisələrinin,
kinoteatrların maddi texniki bazasının
yaxşılaşdırılması ilə bağlı olub.
Məcburi
köçkün düşərgələrində, mədəniyyət
ocaqlarına əlavə ştatların verilməsi, xalq
teatrlarının inkişafına qayğı, istedadlı gənclərin
üzə çıxarılması və onların gələcək
fəaliyyətinə yaradım göstərilməsinə
dair təkliflər də qəbul zamanı qaldırılan məsələlər
sırasında olub.
Nazir
Ə. Qarayev hər bir vətəndaşın müraciətinin
diqqətlə araşdırılması və qaldırılan
məsələlərin qanunvericiliyin tələblərinə
uyğun surətdə həlli barədə müvafiq
strukturların rəhbərlərinə
tapşırıqlarını verib. Müraciətlərin bir
qismi elə yerindəcə öz həllini tapıb.
Mədəniyyət
və Turizm Nazirliyinin səlahiyyətlərinə aid olmayan
müraciətlər isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb
və nəzarətə götürülüb.
Vətəndaşların
qəbulu başa çatdıqdan sonra nazir sözügedən
rayonların mədəniyyət işçiləri ilə
müşavirə keçirib. Bölgələrdə turizm
infrastrukturunun qurulması və gələcək
inkişafı üçün fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2014.- 11 dekabr.- S.7.