Serbiya Milli Məclisinin
sədri Azərbaycana səfərə gəlib
Serbiya
Respublikası Milli Məclisinin sədri Maya Qoykoviç
dekabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
AzərTAc
xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda
Maya Qoykoviçi Azərbaycan Respublikası Milli Məclisinin sədr
müavini Bahar Muradova və digər rəsmi şəxslər
qarşılayıblar.
Aeroportda
jurnalistlərə müsahibə verən Maya Qoykoviç
bildirib ki, bu, onun Serbiya parlamentinin sədri kimi Azərbaycana
ilk səfəridir.
O, səfərin
məqsədinin Azərbaycan və Serbiya parlamentləri
arasında əməkdaşlığı daha da inkişaf
etdirmək olduğunu söyləyib. Serbiya Milli Məclisinin sədri
deyib: “Parlamentlərarası əlaqələr yüksək səviyyədədir,
lakin biz birbaşa dialoq yolu ilə bu əlaqələri daha da
möhkəmləndirəcəyik”.
Azərbaycan.-2014.- 11 dekabr.- S.4.