Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin IV Məclisi keçirilib
Dekabrın 10-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin IV Məclisi keçirilib.
AzərTAc xəbər verir ki, ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin sədrliyi ilə keçirilən tədbirdə rayon, şəhər və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Gündəlikdə ATİAHİ Respublika Komitəsinin Məclis və Rəyasət heyəti üzvləri arasında qismən dəyişiklik edilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında gənclər siyasəti ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, ittifaqın və Respublika Komitəsinin 2015-ci il üçün büdcələrinin, komitə aparatının ştat cədvəlinin təsdiqi barədə məsələlər, eləcə də cari məsələlər olub. Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb, qərarlar qəbul edilib.
İclasın sonunda
ATİAHİ Respublika Komitəsinin sədri
Səttar Mehbalıyev çıxış edərək
ölkəmizdə təhsilin mövcud vəziyyətindən
danışıb. Bildirib ki,
əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan təhsil
siyasəti Prezident İlham
Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir, təhsilə
dövlət qayğısı daim hiss olunur. Həmkarlar ittifaqının
cəmiyyətdə aparıcı rola malik olduğunu vurğulayan sədr qurumun
gələcək işləri ilə bağlı müvafiq tövsiyələr verib.
Azərbaycan.-2014.- 11 dekabr.- S.7.