Azər Qasımov: Cen Psaki Xədicə İsmayılova ilə
bağlı on gün
ərzində verdiyi iki
bəyanatda qeyri-peşəkarlığını növbəti
dəfə nümayiş etdirdi
Azərbaycan
Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
APA-ya müsahibə verib. AzərTAc müsahibəni təqdim
edir.
-
ABŞ Dövlət Departamentinin və Avropa
İttifaqının sözçüləri, Avropa
Şurası və AŞPA rəhbərləri Xədicə
İsmayılova ilə bağlı bəyanatla çıxış
ediblər. Yenidən məsələyə münasibətinizi
bilmək istərdik.
- Mən
bir daha bəzi beynəlxalq təşkilatların nümayəndələrinin
və ABŞ Dövlət Departamentinin bu bəyanat və
çıxışlarını Azərbaycana qarşı
aparılan qərəzli, heç bir fakta və
reallığa əsaslanmayan, açıq-aydın ikili
standartlara söykənən bir kampaniyanın davamı kimi
qiymətləndirirəm.
İqtisadi
böhran yaşayan Avropada insan haqlarının tapdalanması,
irqi ayrı-seçkilik, faşizm meyillərinin artması,
multikulturalizmə qarşı hücumların gücləndiyi
bir dövrdə Avropa strukturlarının nümayəndələri
beynəlxalq ictimaiyyətin əsas diqqətini öz problemlərindən
yayındırmağa çalışırlar.
ABŞ
Dövlət Departamenti nümayəndəsi Cen Psakinin
çıxışına gəldikdə isə, onun Xədicə
İsmayılova ilə bağlı verilən suallara
cavablarına diqqəti yönəltmək istəyirəm. O,
on gün ərzində verdiyi iki bəyanatda demək olar ki,
bir söz belə dəyişilmədən, yenə də
heç bir reallığa əsaslanmayan şablon ifadələr
işlətməklə, bir daha öz qeyri-peşəkarlığını
nümayiş etdirib. Mən bir daha ABŞ Dövlət Departamentini
diqqəti öz ölkəsində insan haqları və
azadlıqları, ümumiyyətlə demokratik prinsiplərin
açıq-aydın və kobud şəkildə pozulması
hallarına yönəltməyə çağırıram.
İrqi zəmində qarşıdurma, Ferqyuson hadisələri
ilə bağlı öz haqlarını müdafiə etmək
üçün etiraz aksiyasına çıxmış dinc
nümayişçilərə qarşı sanki hərbi əməliyyatlar
keçirilməsinin, günün günorta çağı
heç bir müqavimət göstərməyən insanın
polislər tərəfindən boğulub öldürülməsi,
hətta uşaq və yeniyetmələrin polislər tərəfindən
qətlə yetirilməsi kimi dəhşətli halların biz
bu yaxınlarda şahidi olduq.
Ötən
dəfə bu məsələlərlə bağlı
sualınıza cavab verərkən Amerika Birləşmiş
Ştatlarında söz və fikir azadlığı sahəsində
vəziyyətin də acınacaqlı olduğunu
bildirmişdim. Bu ölkədə kütləvi informasiya vasitələri
nümayəndələrinə qarşı təqiblər
geniş vüsət alır, jurnalistlər peşə fəaliyyəti
ilə məşğul olduqları zaman həbs edilir,
hüquq mühafizə orqanları tərəfindən
kütləvi informasiya vasitələri əməkdaşlarının
telefon danışıqları və internet
yazışmaları tam nəzarət altında
saxlanılır.
Bütün
bunların fonunda beynəlxalq ictimaiyyət Amerika Birləşmiş
Ştatları Senatında təqdim olunmuş sənəddə
dünyanı şoka salan dəhşətli faktlardan xəbərdar
oldu. Məruzədən göründüyü kimi, ABŞ
xüsusi xidmət orqanları tərəfindən işgəncələrin
tətbiq olunması uzun illər adi hala çevrilibmiş.
ABŞ Dövlət Departamenti öz ölkəsində
demokratiyanın və insan haqlarının tapdalanması
faktlarını görməzliyə vuraraq mütəmadi
olaraq bir sıra ölkələrdə, o cümlədən
Azərbaycanda baş verən hər hansı kiçik bir
hadisəni süni şəkildə qabardaraq beynəlxalq
ictimaiyyətə qərəzli, yalan informasiyalar təqdim etməklə
məşğuldur.
Bir
daha qeyd etmək istəyirəm ki, Azərbaycan müstəqilliyini
bərpa edəndən keçən qısa bir dövrdə
demokratiyanın və fundamental insan haqlarının təmin
olunması sahəsində böyük nailiyyətlər əldə
edib və Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyətini
bundan sonra da uğurla davam etdirəcəkdir.
Azərbaycan.-2014.- 12 dekabr.- S.3.