Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq
Atçılıq
Federasiyasının prezidentini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də
Beynəlxalq Atçılıq Federasiyasının prezidenti
Şahzadə Haya Bint Al Hüseyni qəbul edib.
Şahzadə
Haya Bint Al Hüseyn İordaniya Haşimilər Kralı II
Abdullahın və Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Əlahəzrət
şeyx Məhəmməd bin Rəşid Al Məktumun
salamlarını dövlətimizin başçısına
çatdırdı.
Görüşdə
Beynəlxalq Atçılıq Federasiyası Baş
Assambleyasının illik iclasının Bakıda keçirilməsinin
önəmi qeyd olundu, ölkəmizdə idmana, o cümlədən
atçılıq idman növünün inkişafına
dövlət səviyyəsində göstərilən diqqətdən
məmnunluq ifadə edildi, Azərbaycanda müasir idman
infrastrukturunun yaradılması istiqamətində görülən
işlərin əhəmiyyəti vurğulandı.
Söhbət
zamanı birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi ölkəmizin idman sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
işinə verdiyi töhfənin nəticəsi kimi dəyərləndirildi.
Dövlətimizin
başçısı İordaniya Haşimilər
Kralının və Birləşmiş Ərəb
Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay
Əmirinin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını İordaniya Kralına və
Birləşmiş Ərəb Əmirliklərinin
vitse-prezidenti və Baş nazirinə, Dubay Əmirinə
çatdırmağı xahiş etdi.
Azərbaycan.-2014.- 13 dekabr.- S.1.