Azərbaycan dini
azlıqların və müxtəlif etnik
qrupların
sülh şəraitində
yaşadıqları nümunəvi ölkədir
Azərbaycan
dini azlıqların və müxtəlif etnik qrupların
sülh şəraitdə yaşadıqları nümunəvi
ölkədir.
Azadlıq
və Demokratiya uğrunda Avropa Mərkəzi Siyasi Fondunun
prezidenti Fiorello Provera AzərTAc-ın xüsusi müxbirinə
müsahibəsində bu barədə danışıb.
F.Provera
bildirib ki, dünyada dini zəmində münaqişələrin
və qarşıdurmaların tüğyan etdiyi bir vaxtda Romada
“İslam ənənəli dövlətlərdə dini birgəyaşayış.
Müsəlman ölkəsində müxtəlif dinlərin
yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi”
mövzusunda konfransın təşkili olduqca vacib idi. Azərbaycan
tərəfinin belə bir tədbirin keçirilməsi təşəbbüsünü
irəli sürməsi təqdirəlayiqdir. O deyib: “Azərbaycanın
nümunəsində görmək olur ki, həqiqətən də
müxtəlif mədəniyyətlərə, sivilizasiyalara məxsus
insanlar birgə və sülh şəraitində yaşaya bilərlər.
Azərbaycan rəhbərliyini və xalqını belə bir
nailiyyətə görə təbrik edirəm”.
Azərbaycan-İtaliya
münasibətlərinə toxunan F.Provera əlaqələrimizin
yüksək səviyyədə olduğunu diqqətə
çatdırıb. Bildirib ki, ölkələrimiz
arasındakı əməkdaşlığı enerji,
iqtisadiyyat, ticarət, biznes sahələri ilə
yanaşı, mədəni, intellektual, turizm və digər sektorlara
da şamil etmək olar. Tarixi köklərə söykənən
ikitərəfli əlaqələrimiz bu gün də
inkişaf etməkdədir.
Maqsud DADAŞOV,
AzərTAc-ın xüsusi
müxbiri
Roma
Azərbaycan.-2014.- 13 dekabr.- S.3.