Əliyevşünaslıq irsi: siyasi reallıqdan elmi əsaslara doğru

 

Tarix və şəxsiyyət anlayışlarının dialektik elmi təhlili sübut edir ki, tarixi şərait tarixi şəxsiyyəti yetişdirir, tarixi şəxsiyyət isə özü tarix yaradır. Belə tarixi şəxsiyyətlərin fərdi xüsusiyyətlərində isə xalqın qüdrəti, milli keyfiyyətləri, müdriklik simvolları əks olunur. Heydər Əliyev fenomeninin azərbaycançılıq məfkurəsi ilə milli özünüdərkin inkişafına, xalqın tarixi yaddaşının özünə qaytarılmasına, milli dövlətcilik hisslərinin güclənməsinə yönələn göstəriciləri onu müdriklik simvoluna cevirmiş oldu.

XX əsrin 90-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən proseslər - sovet imperiyasının dağılması, Qərbə inteqrasiya, demokratik siyasi sistemin formalaşmasına keçid, sosial sahələrdə transformasiya olunmanın qarşısına çıxan ciddi problemlər, habelə ziddiyyətli etnik məsələlər, bölgədəki gərgin geosiyasi durum xalqın düşüncəsində siyasətə dair ciddi stereotiplər yaratmışdı. Belə vəziyyət isə xalqın psixoloji aqoniyadan, ümidsizlik və bədbinlik komponentlərindən yaxa qurtarmaq ücün milli dövlətçiliyin inkişaf yolunu tapmaq zərurətini ortaya qoymuşdur. Bu gerçəkliyi düzgün qiymətləndirən ulu öndər Heydər Əliyev əldə etdiyi təcrübələr əsasında taktikistrateji hədəfləri konkret məqsədlər əsasında müəyyən etmişdir. Bu həmin tarixi şərait idi ki, Azərbaycan xalqı öz taleyinin qaranlıq olduğunu görərək nicat yolunun axtarışında tarixi seçim aparmaqla üz-üzə dayanmışdı. Həmin çətin anda xalqın öz seçimini düzgün edə bilməsi böyük fəlakətlərin axarında qüdrətli bir dövlət qurmaq üçün ona növbəti tarixi şans vermişdir desək, səhv etmərik. Bu isə yalnız idarəçilik təcrübəsi, siyasi iradə və vətənpərvərlik ruhuna malik olan siyasi xadimin rəhbərliyi ilə mümkün ola bilərdi. Həmin şəxsiyyət isə Heydər Əliyev idi.

1993-cü ildə Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəni düşdüyü belə ağır böhrandan xilas etdi. Təcrübəli dövlət xadimi qısa zaman kəsiyində sübut etdi ki, vətəndaş müharibələri, hakimiyyət uğrunda silahlı mübarizələr cəmiyyətdə həm də demokratik dəyərlərin təşəkkül tapmasını əngəlləyir. Ulu öndər Heydər Əliyev əsaslı siyasi xətti bir neçə mərhələdə, həm də ardıcıl aparmışdır. Ən əvvəl müdrik siyasi xadimə görə demokratiya üçün vacib olan şərtlər siyasi sabitlikgüclü dövlət hakimiyyətidir. Təsadüfi deyildir ki, 1993-cü ildən başlayan proseslər iki il ərzində Azərbaycanda demokratik islahatlar üçün zəmin yaratdı, bu prosesə mane olacaq daxilixarici qüvvələr tamamilə neytrallaşdırıldı. Bu mərhələnin özəlliyi ondadır ki, siyasi sabitlik olmadan cəmiyyətdə digər problemlərin həllinə dair hər hansı islahata nail olmağın mümkünsüzlüyü qərarı çıxarıldı. Çevik diplomatiya və əzmkarlıq sayəsində Azərbaycan siyasi fəlakətdən xilas edildi, xalqın mütəşəkkilliyinə nail olaraq böyük bir qüvvəni ümummilli inkişafa doğru yönəltdi. Bu addım həmin vaxt üçün Azərbaycanın gələcək inkişafına yol açdı.

İkinci mərhələni isə dövlət quruculuğudemokratik islahatların gerçəkləşməsi prosesi kimi səciyyələndirmək mümkündür. Yəni, tarixin gedişatını və ən başlıca prioritetləri vaxtında və düzgün təyin etmək strategiyası müəyyənləşdirildi. Ölkədə inzibati hakimiyyətin proseslərə tam nəzarəti, parlament və məhkəmə hakimiyyətinin qurulması üçün əsaslı islahatların həyata keçirilməsi Heydər Əliyev siyasi kursunun əsas xəttini təşkil edirdi. Bu dövrdə güclü dövlət hakimiyyətinin qurulması ilə demokratikləşmə prosesinin paralel şəkildə aparılması son dərəcə əhəmiyyətli idi. Bu, heçasan məsələ deyildi. Müdrik siyasi xadim hər iki proses arasında balansı təmin etməklə ortaya analoqu olmayan siyasi model qoymuşdur. Heydər Əliyev həm də sübut etdi ki, demokratiya ancaq güclü hakimiyyətin iradəsi hesabına mövcud ola bilər. Həmin dövrdə Azərbaycanın iqtisadi inkişafı üçün xarici investisiyalara adamlarına real təminatlar verilməli idi. Hətta əcnəbi adamları və xarici kapitalı Azərbaycana cəlb edən təbii faktorlar nə qədər əlverişli olsa belə, onlar siyasi təminatlar olmadan riskli addımlar atmaqda tərəddüd etmişlər. Lakin Heydər Əliyevin siyasi iradəsi xarici kapitalı Azərbaycanın geosiyasi təhlükəsizliyi üçün başlıca qaranta çevirə bilmişdir.

Üçünçü mərhələ isə Heydər Əliyevin baxışlar sisteminin dövlətçiliyin formalaşması prosesində tam inikası mərhələsidir. Yeni mərhələ özünün kompleks xarakteri ilə seçildi. Azərbaycanda yaşayan hər bir xalqın milli mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi kimi siyasi məsələ çox dəqiq və zamanında həll edildi. Onlara yaxşı şərait yaratmaqla yanaşı, bütöv xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Bu isə ölkədə sabitlik yaratmağın çox mühüm amili oldu.

Ümummilli lider deyirdi: “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi və dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız, yüzmin illərlə adət-ənənələrimizi yaradıblar və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdir”. Ulu öndər bu amilə əsaslanaraq Azərbaycanın inkişaf strategiyasının gələcək siyasi konsepsiyasını müəyyənləşdirdi. Həyata keçirilmiş bu uğurlu siyasətin davamı kimi ümummilli lider öz qarşısına qoyduğu problem - Azərbaycanın beynəlxalq aləmdə diplomatik siyasi çəkisinin müəyyənləşməsi, onun maraq və mənafelərinin, geosiyasi vəziyyətinin dünyadakı siyasi proseslərlə uzlaşdırılması və təmin edilməsi olmuşdur. Bunu sabit inkişaf mərhələsi də adlandırmaq olar. Ölkədə demokratikləşmə mərhələsi normal məcrada davam edərək siyasi sistem elementləri arasındakı ziddiyyətlər aradan qalxdı, iqtisadi inkişaf təmin olundu və ölkənin beynəlxalq imici ilə bağlı ciddi pozitiv irəliləyişlər ortaya çıxdı. Bu isə Azərbaycanı müasir demokratik, sivil imicə malik Qərb siyasi modelinə əsaslanan bir ölkəyə çevirdi. Həmin strategiya ümummilli liderin siyasi fəaliyyətinin bu mərhələdəki ən böyük tarixi uğuru oldu.

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması bütün dünyaya təsdiq etdirdi ki, Azərbaycan öz sərvətlərinin sahibidironunla əməkdaşlıq üçün indi zəruri şərait var. Digər tərəfdən, həmin müqavilə ilə Azərbaycanda siyasi sabitliyin yarandığına bütün dünyanı inandırmaq kimi müşkül məsələ dahi siyasi xadimin uzaqgörənliyi sayəsində mümkün oldu. Bununla da iqtisadiyyatı iflic vəziyyətində olan bir ölkənin möhkəm və güclü iqtisadi modelinin təməli yaradıldı, təhlükəsizliyinə və ərazi bütövlüyünün dəstəklənməsinə nail olundu.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsində ən böyük tarixi nailiyyətlərindən biri dünya azərbaycanlılarının həmrəyliyinə nail olmasıdır. Bu istiqamətdə hələ Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyərkən fəaliyyətə başlamış, onun təşəbbüsü ilə hər il dekabrın 31-nin “Dünya Azərbaycanlılarının Həmrəylik Günükimi qeyd olunması barədə qərar qəbul edilmişsonra bu qərar Azərbaycan Respublikası Ali Soveti tərəfindən də təsdiq olunmuşdur.

Xarici ölkələrə səfərləri zamanı isə həmişə vaxt taparaq bu ölkələrdə yaşayan soydaşlarımızla görüşmüş, onlarla çox mövzularda, xüsusilə də Azərbaycanın milli maraqlarına xidmət etmələri, Azərbaycanı dünyada fəal təbliğ etmələri, xaricdəki azərbaycanlıların milli-mənəvi birliyi istiqamətində güclü aparılması barədə söhbətlər aparmışdır. Həmin proseslərin nəticəsində də azərbaycançılıq ideologiyasının dünya azərbaycanlıları tərəfindən milli ideologiya kimi qəbul edilməsi və vahid Azərbaycan milləti ideyasının dərk olunması öz təsdiqini tapmışdır.

Ulu öndər Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, “azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərləri sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın milli ruhda inkişaf olunması deməkdir”. Bu ideologiya ilə yanaşı, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə də ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.

Akademik Ramiz Mehdiyev də məsələyə münasibəti belə ifadə edir: “Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir”.

Ulu öndər Heydər Əliyev Azərbaycanı hərtərəfli inkişafa aparan strateji siyasi kursun alternativsizliyini əməli nəticələrlə sübuta yetirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini, dönməzliyini təmin edəcək qüdrətli lideriyetişdirmişdir. Ümummilli liderin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə güclü bağlılığı bir daha təsdiqini tapır. Azərbaycan Prezidenti zaman etibarilə qısa, mahiyyətcə böyük dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü dövlətçilik ənənələrinə sadiqlikdir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən 11 ildə hər bir vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən çoxşaxəli siyasət həyata keçirmişdir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab Prezident son seçkilərdə ümumilikdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini almış, onların alternativsiz namizədi olmuşdur. Dövlət başçısı dəfələrlə bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında milli mənafelərini hər zaman layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dilini, mədəniyyətini, incəsənətini, tarixini lazımi səviyyədə təbliğ edirlər.

Bu günulu öndər Heydər Əliyev haqqında haqlı olaraq çoxlu fikirlər söylənilir və yazılır. Əliyevşünaslıq bir elm kimi artıq tədqiqat mövzusu olaraq fundamental araşdırmanın aktual məsələləri sırasındadır. Buna səbəb ulu öndər Heydər Əliyevin çoxcəhətli siyasi dövlətçilik fəaliyyətinin Azərbaycan dövlətinin həyatında zaman keçdikcə xüsusi əhəmiyyət kəsb etməsidir.

 

Sənan HƏSƏNOV,

AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Heydər Əliyev

 məktəbi”nin məsul katibi - böyük elmi işçi,

 siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 13 dekabr.-  S.5.