Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli
qərarı ilə təsdiq edilmiş “Fərdi
identifikasiya nömrəsinin verilməsi
Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 385
Bakı şəhəri, 3 dekabr 2014-cü il
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 5, maddə 457; 2006, ¹ 5, maddə 470, ¹ 9, maddə 820) ilə təsdiq edilmiş “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın 9-cu hissəsinin birinci cümləsində “vətəndaşı Azərbaycan Respublikasının vətəndaşlığından çıxdıqda” sözləri “vətəndaşının Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 14 dekabr.- S.1.