Qazaxıstan Respublikasının Prezidenti
Zati-aliləri cənab Nursultan Nazarbayevə
Hörmətli Nursultan Abişeviç.
Sizi və Sizin
şəxsinizdə bütün
qardaş Qazaxıstan
xalqını milli bayramınız – Müstəqillik
Günü münasibətilə
ürəkdən təbrik
edirəm.
Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri, tarixən yaranmış dostluq, əməkdaşlıq və
strateji tərəfdaşlıq
münasibətləri bağlayır. Bu gün
Sizin rəhbərliyinizlə
qardaş Qazaxıstan
ölkənin dünya
birliyində nüfuzunun
möhkəmləndirilməsi yolunda inamla irəliləyir. Bu yaxınlardakı görüşlərimizi
və söhbətlərimizi
yüksək qiymətləndirir
və böyük səmimiyyətlə xatırlayıram.
Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi
dostluq münasibətlərinin
hərtərəfli inkişaf
etməsi və möhkəmlənməsi, çoxplanlı
qarşılıqlı əlaqələr
və qarşılıqlı
dəstək bundan sonra da xalqlarımızın
və ölkələrimizin
mənafeyinə xidmət
edəcəkdir.
Hörmətli Nursultan Abişeviç,
bu əlamətdar gündə Sizə möhkəm cansağlığı,
uğurlar və firavanlıq, qardaş Qazaxıstan xalqına isə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 16 dekabr.- S.1.