Bəhreynin Kralı Əlahəzrət şeyx Həməd bin İsa Al Xəlifəyə
Əlahəzrət,
Bəhreyn
Krallığının Milli günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
İnanıram
ki, Azərbaycan-Bəhreyn münasibətləri
xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq
və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı və xoşbəxtlik, dost Bəhreyn
xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 12 dekabr 2014-cü il.
Azərbaycan.-2014.- 16 dekabr.- S.1.