Malta Respublikasının Baş naziri Dövlət
Bayrağı Meydanı ilə tanış olub
Dekabrın
15-də Azərbaycanda rəsmi səfərdə olan Malta
Respublikasının Baş naziri Cosef Muskat Dövlət
Bayrağı Meydanı ilə tanış olub.
AzərTAc
xəbər verir ki, Maltanın Baş nazirinə Bayraq
Meydanı və onun ərazisində həyata keçirilən
abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat
verilib.
Sonra
Dövlət Bayrağı Muzeyi ilə tanış olan
qonağa burada nümayiş etdirilən eksponatlar barədə
məlumat verilib.
Baş
nazir muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini
yazıb.
Sonda qonaqlara
xatirə hədiyyələri təqdim edilib.
Azərbaycan.-2014.- 16 dekabr.- S.3.