Polşa Azərbaycanla əlaqələrinin daha da genişlənməsində maraqlıdır

 

Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir, yeni sənaye müəssisələri, istehsal sahələri yaradılır. Sənaye parklarının və məhəllələrinin yaradılması bu sahədə müasir avadanlıq və texnologiyaların tətbiqinə, ixrac potensialının artmasına yeni imkanlar açır.

Bu fikirlər dekabrın 15-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ilə görüşü zamanı səsləndirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir, adamlarının iştirakı ilə birgə biznes forumlarişgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən nazir qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb.

Şahin Mustafayev sənaye ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edibbu imkanlardan səmərəli istifadənin Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətindən danışıb.

Nazir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, münaqişənin regional inkişafa əsas maneə olduğunu diqqətə çatdırıb.

Yanuş Pexoçinski Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının Polşa tərəfində yüksək təəssürat yaratdığını deyib. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlara görə nümunə olduğunu qeyd edən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu söyləyib.

Görüşdə iqtisadi əlaqələrin genişlənməsinə, kənd təsərrüfatı, sənaye parklarının, aqroparkların təşkili sahəsində əməkdaşlığa, birgə biznes forumların, işgüzar görüşlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 16 dekabr.- S.3.