Nalbandyanın Bazel
yalanları
4-5 dekabr tarixlərində
İsveçrənin Bazel şəhərində
ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri
Şurasının 21-ci iclası keçirilib.
Burada Ermənistan
XİN-in rəhbəri Edvard
Nalbandyan da nitq söyləyib. O, Azərbaycana münasibətdə
yenə də qərəzli mövqedə
qalaraq Dağlıq Qarabağ münaqişəsinin
həll edilməməsində
Bakını günahkar
kimi təqdim etməyə, Azərbaycanda
korrupsiyanın hökm
sürməsi haqqında
fikir bildirməyə cəhd edib. Hətta rəsmi Bakı bu halı guya
dövlətlərarası münasibətlərə də
tətbiq etmək üçün fəallaşıb.
Bütün bunlar erməni
diplomatiyasının növbəti
uydurmasıdır. Qısaca təhlil
belə göstərir
ki, burada əsas səbəb rəsmi İrəvanın
“Böyük sülh sazişi” üzərində
işləmək istəməməsindədir.
İftira:
erməni siyasətinin
əsl siması
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın
ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının
Bazel şəhərində
keçirilən 21-ci iclasındakı
çıxışı yalan
və iftiralarla dolu olub. Öz ölkəsinin
daxili və xarici siyasətini obyektiv təqdim etmək əvəzinə,
o, erməni siyasi ənənəsinə sadiq
qalaraq, başqaları
haqqında həqiqətə
uyğun olmayan fikirlər söyləyib.
Daha çox isə Azərbaycana qarşı ittihamlar irəli sürüb.
E.Nalbandyan həmin çıxışında
ermənilərə xas
olan iki xüsusiyyəti azərbaycanlılara
şamil etməyə
cəhd göstərib. Onlardan biri
ksenofobiya, digəri isə korrupsiyadır.
Ksenofobiya başqa etnoslara nifrət əsasında ondan təhlükə gözləməyi ifadə
edir. Bu psixoloji patologiya hansı xalqda var? İlk yada düşən ermənilərdir. Onlar iki
əsrdir ki, qonşu xalqlara nifrət etdiklərini, onların mədəniyyətinə,
ərazisinə iddialarını
dilə gətirirlər
və həmişə
təhlükə mənbəyi
kimi gördüklərini
ifadə edirlər.
İndi E.Nalbandyanın hansı əsasla Azərbaycan rəhbərliyini ksenofobiyada
ittiham etdiyi aydın deyil.
Əslində, onun danışmaq üçün elə bir real arqumenti yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll
edilməməsinin əsas
səbəbkarı rəsmi
İrəvan və onun havadarlarıdır.
ABŞ rəsmiləri açıq etiraf edirlər ki, erməni diasporunun Amerikanın daxili və xarici siyasətinə təsiri çoxdur və bu səbəbdən də Ermənistana qarşı “sərt güc” tətbiq edə bilməzlər.
Bunun əsasında isə ikili standartlar siyasəti dayanır.
ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin də
mövqeyi buna oxşardır.
Bununla yanaşı,
Minsk qrupunun həmsədr
ölkələrinin başçıları
bir neçə dəfə münaqişədə
mövcud olan status-kvonun dəyişdirilməsi
zərurətini vurğulayıblar. Bu, faktiki olaraq işğal edilmiş ərazilərdən erməni
qoşunlarının çıxarılması
tələbi deməkdir.
Ermənistan isə buna heç əməl etmir. İrəvan bu cür davranmaq üçün kimlərdən bəhrələnir?
Məhz ikili yanaşmaların yaratdığı şərait
onların özlərini
şıltaq uşaq kimi aparmasına meydan açır.
Maraqlıdır ki, E.Nalbandyanın Azərbaycana qarşı növbəti dəfə qərəzli fikirlər söylədiyi Bazel iclasında Minsk qrupunun həmsədr ölkələri
birgə bəyanat veriblər. Onu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri
və Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Desir imzalayıblar. Bəyanatda
deyilir: “Tərəflərin
fikir ayrılıqlarını
aradan qaldırması,
etimadı bərpa etməsi və öz öhdəliklərini
yerinə yetirərək
münaqişənin yekun
həllinə gətirib
çıxaracaq danışıqlar
prosesinə başlaması
üçün fürsət
yaranıb. Onların münaqişənin hərtərəfli həlli
üçün ABŞ, Rusiya
və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini
tapmış, xüsusən
Paris görüşündə müzakirə olunmuş prinsip və elementlərin əsas kimi götürülməsini
qəbul etmələri
gözlənilir”.
Məkrli
niyyət: sülhə
yaradılan əngəllər
E.Nalbandyanın çıxışında Azərbaycanla
bağlı dilə gətirdiyi fikirləri bu bəyanatda ifadə olunan cümlələrlə müqayisə
etdikdə, böyük
uyğunsuzluq görünür. Rəsmi İrəvan
faktiki olaraq barış mövqeyində
olmadığını, əksinə,
Azərbaycanı özünə
düşmən gördüyünü
bildirir. Ksenofobiyada ittihamın
başqa mənası
yoxdur. Bundan əlavə, erməni
nazir digər məqamlardan da danışır.
O, Bakının “münaqişənin
həlli ilə bağlı təhrif olunmuş təsəvvürlərə”
malik olduğunu qeyd edir. Bu ağ yalana kimlərinsə inandığını
deyə bilmərik. Lakin faktdır ki, artıq uzun illərdir rəsmi Yerevanın bu qeyri-konstruktiv, həqiqətdən
çox uzaq mövqeyinə qarşı
həmsədr ölkələr
əsla reaksiya vermirlər. Belə şəraitdə
onların hər hansı bəyanatının
konkret nəticəsinin
olacağına inanmaq
çətindir.
Nəhayət, Ermənistanın xarici işlər naziri Azərbaycanın korrupsiyaya
qurşandığını və onu dövlətlərarası
münasibətlər müstəvisində
tətbiq etməyə
çalışdığını deyir. Bu absurd ittihamın heç bir əsasının olmadığı
məlumdur. Məsələ burasındadır ki, rəsmi İrəvan belə ağılsız və əsilsiz iddialar ortaya atmaqla münaqişənin
nizama salınmasının
qarşısını alır,
eyni zamanda, dünya ictimaiyyətində
Azərbaycan haqqında
yanlış təsəvvürlər
formalaşdırır.
Faktlar təsdiq
edir ki, korrupsiya bataqlığında
batan ölkə məhz Ermənistandır. Ermənistan parlamentinin
deputatı Nikol Paşinyan deyir ki, “Korrupsiya Ermənistanın milli brendidir”. O, yeni hökumətin tərkibinə
Ermənistanın 20 ən
varlı adamından
5-nin daxil olduğunu qeyd edir, həmin
sırada baş nazir O.Abramyanın, maliyyə naziri H.Xaçatryanın və
iqtisadiyyat naziri K.Çşmarityanın adını
çəkir. Bunlardan başqa,
hökumət aparatının
rəhbəri D.Arutyunyanın
da çoxlu miqdarda sərvət topladığını vurğulayır.
Korrupsiya Ermənistanda o dərəcədə
geniş vüsət alıb ki, təkcə
2013-cü ildə xarici
borcu ödəmək
üçün büdcədən
861 milyon dollar vəsait
xərclənib. 2020-ci ildə
bu rəqəmin 2 milyard Amerika dolları olacağı proqnozlaşdırılır. Ölkədə aparılan elmi
tədqiqatlar da bu proqnozun özünü
doğrulda biləcəyinə
əsas verir.
Belə ki, son araşdırmalara görə, rəyi soruşulan Ermənistan vətəndaşlarının 43 faizini rüşvət hallarının artdığına inandıqlarını bildirib, korrupsiyanın səbəbi kimi isə rəhbərliyi, siyasətçiləri və erməni xalqının mentalitetini göstəriblər.
Bu cür faktların sayını artırmaq olar. Ancaq erməni mütəxəssislərin özlərinin gəldikləri qənaətlər sübut edir ki, Ermənistan dövləti korrupsiya üzərində qurulub. Burada insanların öz hökumətindən, rəhbərlərindən qorxduğu bir həqiqətdir. Bu reallığın fonunda E.Nalbandyanın müxtəlif tədbirlərdə Azərbaycana qarayaxmaları mənasız görünmürmü?
Bütün bunlar Yerevanın növbəti dəfə münaqişənin həllinə mane olmaq üçün bəhanə axtardığını təsdiq edir. Məsələ bundan ibarətdir ki, Azərbaycan prezidentlərin Paris görüşündən dərhal sonra “Böyük sülh sazişi” üzərində işləməyə hazır olduğunu bəyan edib. Bu, ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında da ayrıca qeyd edilib. Görünür, Ermənistanı ən çox qorxudan da məhz bu məqamdır.
Təcavüzkar dövlət işğal etdiyi ərazilərə 50 minə yaxın əsgər yığıb, təhdidedici hərbi manevrlərlə, Azərbaycan haqqında yalan informasiyalar yaymaqla, bədnam “soyqırımı” nağılını müxtəlif beynəlxalq tədbirlərdə ortaya atmaqla mövcud problemin həllindən diqqəti yayındırmağa çalışır. Onun vəziyyəti daha da mürəkkəbləşdirmək və böyük dövlətlərin regiondakı geosiyasi maraqlarını qarşı-qarşıya qoymaqla qeyri-müəyyən vəziyyəti saxlamaq niyyəti göz önündədir. Doğrudur, bir sıra ekspertlər Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması və Rusiya-Türkiyə əməkdaşlığının güclənməsi fonunda Cənubi Qafqazda geosiyasi mənzərənin dəyişə biləcəyini proqnozlaşdırırlar. Burada Azərbaycan və Gürcüstanın “geosiyasi arxa cəbhəyə” atıldığı iddia edilir.
Bu kimi fikirlərin real vəziyyəti əks etdirmədiyini düşünürük. Əksinə, bunlar Ermənistanı hər hansı yolla məsuliyyətdən azad etmək cəhdləri kimi görünür. Çünki Azərbaycan öz haqqını beynəlxalq hüquq çərçivəsində tələb edir. Regionda geosiyasi mənzərənin dəyişməsi ərazi bütövlüyünün bərpasını inkar etmir. Həmin səbəbdən erməni diplomatiyasının uğursuz cəhdləri heç bir nəticə verməyəcək. Gec və ya tez işğalçı Azərbaycanın ərazisindən çıxarılacaq.
Newtimes.az
Azərbaycan.-2014.- 16 dekabr.- S.6.