Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Prezidenti İlham Əliyevin Sabirabad rayonuna səfəri

 

 

Xəbər verdiyimiz kimi, dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. Meydanda fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.

 

Azərbaycan.-2014.- 17 dekabr.- S.1.