Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Sabirabadda
inşa edilən uşaq
bağçasının açılışı olub
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə Sabirabadda
inşa olunan uşaq bağçasının dekabrın 15-də
açılışı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak edib.
Ölkənin
gələcəyi olan uşaqların təlim-tərbiyəsinin
yüksək səviyyədə təşkili, onların
sağlamlığının qorunması dövlətimizin
daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu da
bu istiqamətdə mühüm layihələr həyata
keçirir. Fondun məktəbəqədər tərbiyə
müəssisələrinin yenidən qurulması ilə
bağlı həyata keçirdiyi layihələr bu
baxımdan mühüm rol oynayır. Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” Proqramı bir daha sübut edir ki,
uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin
əsas istiqamətlərindən birini təşkil edir. Fondun
təhsilin inkişafı ilə bağlı fəaliyyətində
məktəbəqədər təhsil müəssisələrinin
yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə
nail olunmasına geniş yer ayrılıb. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə Sabirabad rayonunda
inşa edilmiş 100 yerlik uşaq bağçası bir daha
göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr
ardıcıl xarakter alıb.
Dövlətimizin
başçısı uşaq bağçasının
binasının rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat
verildi ki, inşasına bu ilin aprelində başlanılan ikimərtəbəli
binada uşaqların təlim-tərbiyəsi və gələcəyin
sağlam vətəndaşı kimi yetişmələri
üçün hərtərəfli şərait
yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 100
uşaq 4 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar
yaradılarkən müasir təlim-tərbiyə prosesləri
əsas götürülüb. Binada uşaqların istirahəti
və əyləncəsi üçün geniş imkanlar var.
Bağçada balacaların intellektual, fiziki və əqli
inkişafı, onların istedad və qabiliyyətlərinin
üzə çıxarılması,
sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin
qurulması diqqət mərkəzində saxlanılır.
Uşaq
bağçasının ərazisində abadlıq işləri
görülüb, yaşıllıqlar salınıb, yay
çardağı, oyun meydançası yaradılıb, su
anbarı və transformator yarımstansiyası
quraşdırılıb.
Azərbaycan.-2014.- 17 dekabr.- S.1.