İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti

 Zati-aliləri xanım Simonetta Sommaruqaya

 

Hörmətli xanım Sommaruqa,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 dekabr 2014-cü il.

Azərbaycan.-2014.- 17 dekabr.- S.5.