Ş.A.Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə Şirməmməd Ağaməmməd oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 16 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 17 dekabr.- S.5.