Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu
ikitərəfli əlaqələrin
inkişafına töhfə verir
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələr son illər yüksəliş dövrünü yaşayır. Bu əlaqələrin dinamikası hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri ilə daha da artıb.
İkitərəfli
münasibətlərin inkişafına Koreya-Azərbaycan parlamentlərarası
dostluq qrupu da töhfələrini verir.
AzərTAc
xəbər verir ki, bu sözləri Azərbaycan
Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət
Əsgərov Bakıda səfərdə olan Koreya
Respublikası Milli Assambleyasının Koreya-Azərbaycan
parlamentlərarası dostluq qrupunun sədri Hvanq Younq
Çeulun başçılıq etdiyi nümayəndə
heyəti ilə dekabrın 16-da keçirdiyi
görüşündə deyib.
Ziyafət Əsgərov bildirib ki, dostluq qrupunun nümayəndə heyətinin ölkəmizə səfəri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Milli Məclis sədrinin birinci müavini Azərbaycan-Koreya münasibətlərinin daha da inkişaf etdirilməsində parlamentlərarası dostluq qrupunun işinin intensivləşdirilməsinin vacibliyini vurğulayıb. O, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının idman obyektlərinin bir neçəsinin tikintisinin koreyalı şirkətlərə həvalə olunduğunu və həmin şirkətlərin fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Z.Əsgərov qonaqlara Azərbaycanda son illər bütün sahələrdə əldə edilən uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.
Azərbaycana səfərindən məmnunluğunu bildirən dostluq qrupunun sədri Hvanq Younq Çeul ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını söyləyib. O, ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlığın inkişafının önəmini qeyd edib.
Dostluq qrupunun rəhbəri Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətlərinin fəaliyyəti ilə tanış olacağını və bu şirkətlərin ölkəmizdəki fəaliyyətinin genişləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Azərbaycan ilə Koreya Respublikası arasında əlaqələrin
inkişaf perspektivləri və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2014.- 17 dekabr.- S.6.