Maltanın Baş naziri Heydər Əliyev Mərkəzi ilə
tanış olub
Azərbaycanda
səfərdə olan Maltanın Baş naziri Cosef Muskat
dekabrın 16-da Heydər Əliyev Mərkəzi ilə
tanış olub.
Baş
nazir Cosef Muskata Mərkəz haqqında məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Mərkəzinin əsas fəaliyyət
istiqaməti Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin irsinin tədqiqi və təbliği üzərində
qurulub. Mərkəz fəaliyyət göstərdiyi müddətdə
beynəlxalq əlaqələrini genişləndirərək
digər ölkələrin analoji qurumları, beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində
müxtəlif layihələr həyata keçirib.
Mərkəzdə
yaradılmış Heydər Əliyev Muzeyi Maltanın Baş
nazirində böyük maraq doğurub. Məlumat verilib ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi ərəfəsində istifadəyə verilən
Muzeydə toplanan məlumatlar ziyarətçilərə
interaktiv formada çatdırılır. Muzeydə 1969-cu ildən
2003-cü ilədək ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində
olan avtomobillər Baş nazir Cosef Muskatın marağına səbəb
olub.
Maltanın
Baş naziri Mərkəzdə “Azərbaycan inciləri: tarixin
axarında” sərgisi ilə də tanış olub. Bildirilib
ki, Azərbaycanın tarixini və mədəniyyətini əks
etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii
sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə
dair nadir eksponatlar nümayiş olunur. “Mini Azərbaycan” sərgisi
isə Bakıdakı və regionlardakı tarixi memarlıq
abidələrinin tanıdılması baxımından mühüm
əhəmiyyət kəsb edir.
Baş
nazir Cosef Muskat Mərkəzin xatirə kitabına ürək
sözlərini yazıb.
Azərbaycan.-2014.- 17 dekabr.- S.7.