“TRT türk” kanalı ümummilli lider

Heydər Əliyev haqqında reportaj yayıb

 

“TRT türk” televiziya kanalı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş reportaj yayıb.

Reportaj Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın dekabrın 12-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməsi ilə bağlı kadrların nümayişi ilə başlanıb.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun Sarıyer rayonundakı Heydər Əliyev Parkında təşkil etdiyi anma mərasimindən epizodların da yer aldığı reportajda Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrləri barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, hələ gənc yaşlarından liderlik xüsusiyyətləri ilə başqalarından seçilən Heydər Əliyev humanist və qayğıkeş hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Yeniyetmə və gənclik yaşlarını elm və təhsilə həsr edən Ümummilli Lider həmişə qurub yaratmaq təşəbbüsləri ilə irəlidə olub. Azərbaycanın inkişafına, dünyada tanınmasına nail olmaq Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını təşkil edib. Verilişdə qeyd olunub ki, dövlət müstəqilliyi Heydər Əliyevdən Azərbaycan xalqına əmanət olan ən dəyərli sərvətdir.

 

 

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 17 dekabr.- S.5.