“Azərbaycan Respublikası hökuməti
və Fransa Respublikası hökuməti
arasında məxfi məlumatların mübadiləsinə və
qarşılıqlı qorunmasına dair”
sazişin təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası hökuməti və Fransa Respublikası hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair” 2014-cü il mayın 6-da Bakı şəhərində imzalanmış saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 noyabr 2014-cü il
Azərbaycan.-2014.- 18 dekabr.- S.1.