“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 584; 2007, ¹ 2, maddə 87; 2009, ¹ 4, maddə 226; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 316 və 321 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissənin ikinci-beşinci abzasları müvafiq olaraq 1.1-1.4-cü bəndlər hesab edilsin;

2.  1.4-cü bənddə “kənd təsərrüfatı təyinatlı, kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunanoluna bilən az yararlı və yararsız torpaqlara münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, başqa kateqoriyalara aid edilmiş torpaqlara münasibətdə” sözləri  “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və” sözləri ilə əvəz edilsin;

3. həmin fərmanla təsdiq edilmiş “Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü hissəsində “olaraq” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri əlavə edilsin, “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 18 dekabr.-  S.3.