Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 11, maddə 911; 2007, ¹ 11, maddə 1110; 2008, ¹ 6, maddə 500) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.8. Milli Parkın torpaqsu (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə onun sanitariya-mühafizə zonaları müəyyən edilir. Milli Parkın sanitariya-mühafizə zonalarının müəyyən edilməsi və həmin zonaların mühafizə rejimiXüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə tənzimlənir.”.

2. 3.8-ci bənddə “hüquqları” sözü “vəzifələri” sözü ilə əvəz edilsin.

3. 3.8.2-ci yarımbənddə “mühafizə zonasında mövcud qanunvericiliyə və xüsusi mühafizənin hüquqi rejiminə zidd olan fizikihüquqi şəxslərin” sözləri “sanitariya-mühafizə zonasında fizikihüquqi şəxslərin “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa və mühafizə rejiminə zidd olan” sözləri ilə əvəz edilsin.

4. 3.8.4-cü yarımbənddə “mühafizə zonasında” sözləri “sanitariya-mühafizə zonasında” sözləri ilə əvəz edilsin, “və digər tədbirlər görmək” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 18 dekabr.-  S.3.