“Yerin
təki haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 4, maddə 247; 2003, ¹ 10, maddə 546; 2007, ¹ 6, maddə 601; 2008, ¹ 8, maddə 719, ¹ 9, maddə 798; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 327 nömrəli Fərmanı) 2.20-ci bəndində “həyata keçirir” sözləri “, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər orqanlar həyata keçirirlər” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 18 dekabr.- S.3.