Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva “Atəşgah
məbədi” Dövlət
Tarix-Memarlıq Qoruğunda olub
Azərbaycanın
birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunları ilə əlaqədar mədəniyyət
abidələrinin hazırlığı ilə
tanışlıq məqsədilə dekabrın 17-də “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olub.
İlk
Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmizi Avropa
bayramı hesab edilən Oyunlar zamanı çoxsaylı
qonaqların ziyarət edəcəyi gözlənilir. Bu isə
Azərbaycanın, o cümlədən mədəniyyətimizin
dünyada daha da yaxşı tanıdılması və təbliği
üçün gözəl fürsətdir. Azərbaycanın
maddi mədəniyyət abidələri sırasında
Bakının Suraxanı rayonunda yerləşən, UNESCO-nun
“Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah
məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun
özünəməxsus yeri var.
Birinci
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva qoruqla tanış oldu.
İlk
Avropa Oyunları zamanı ölkəmiz növbəti dəfə
də öz qüdrətini, xalqımızın qonaqpərvərliyini,
Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə,
bütün dünyaya nümayiş etdirmək
üçün lazımi işlər görür. Mehriban
Əliyeva Oyunların Təşkilat Komitəsinin hələ
ilk iclasında bildirmişdi ki, Birinci Avropa Oyunlarına ev
sahibliyi edən Bakı şəhərinin tədbirə
hazırlanması xüsusi önəm daşıyır və
bu sırada turizm marşrutlarının və mədəni
proqramların tərtib edilməsi xüsusi əhəmiyyətə
malikdir. Atəşgah məbədi isə tarixi əhəmiyyətinə
görə ən maraqlı abidələrdən biri
sayılır. Atəşgah XVII-XVIII əsrlərdə təbii
qazların çıxdığı əbədi, sönməz
alovların yerində inşa edilən od məbədidir.
İndiki ibadətgah da atəşpərəstlərin - zərdüştlərin
qədim məbədlərinin yerində tikilib. Bu məbədlər
təqribən II-III əsrlərdə inşa olunub. XVII əsrdə
məbədin ətrafında bir-birinin yanında ibadətxana,
26 hücrə və karvansaray inşa edilib.
Burada
görülən işlərdən
razılığını bildirən Mehriban Əliyeva
tövsiyələrini verdi.
Azərbaycan.-2014.- 18 dekabr.- S.4.