A.Ş.Mehdiyevin “Şərəf”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Arif Şəfaət oğlu Mehdiyev “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2014-cü il
Azərbaycan.-2014.- 19 dekabr.- S.2.