Daşkəndin silkway.uz
saytı: Heydər Əliyev fenomeni-sabit
iqtisadi-sosial
inkişaf və milli birlik
Daşkənddəki
silkway.uz saytı ulu öndər Heydər Əliyev haqqında
rus dilində “Azərbaycan xalqının müdrik lideri”
adlı geniş material verib.
Azərbaycanın
Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü ilə hazırlanan məqalədə
Azərbaycan və özbək xalqları arasındakı
dostluq əlaqələrindən, ümummilli lider Heydər
Əliyevlə Özbəkistan prezidenti İslam Kərimovun
dostluğundan söhbət açılır.
Materialda
qeyd olunur ki, bu gün də ölkələr arasında əməkdaşlığın
inkişafı istiqamətində mühüm addımlar
atılır. Azərbaycan və Özbəkistan prezidentlərinin
iştirakı ilə Daşkəndə böyük Azərbaycan
şairi Nizami Gəncəvinin, Bakıda isə özbək
şairi Əlişir Nəvainin abidələrinin
açılması buna gözəl sübutdur. Daşkənd
Dövlət Pedaqoji Universiteti yarandığı 1947-ci ildən
etibarən böyük şair Nizami Gəncəvinin
adını daşıyır.
Yazıda
Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən
biri, həmçinin müstəqil Azərbaycanın lideri
kimi fəaliyyəti də geniş şərh edilir.
Vurğulanır ki, dünya şöhrətli siyasi xadim Heydər
Əliyev Azərbaycan xalqının yaddaşında öz
işinin professionalı, təcrübəli təşkilatçı,
böyük siyasi düşüncə sahibi, müdrik rəhbər
kimi qalıb. Heydər Əliyev fenomeni sabit iqtisadi-sosial
inkişaf və milli birlikdir.
Məqalədə
Ulu Öndərin memarı olduğu Azərbaycanın neft
strategiyasından, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərindən də bəhs olunur.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi
müxbiri
Daşkənd
Azərbaycan.-2014.- 19 dekabr.- S.10.