Prezident İlham
Əliyev Əfqanıstanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini qəbul edib.
Səfir Mohammad Taqi Xalili fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Mohammad Taqi Xalili Əfqanıstan
Prezidenti Məhəmməd
Əşrəf Qaninin
salamlarını dövlətimizin
başçısına çatdırdı. O, ölkəmizdəki
diplomatik fəaliyyəti
müddətində Azərbaycan
ilə mövcud olan yüksək səviyyəli əlaqələrin
daha da genişləndirilməsi
və dərinləşdirilməsi
istiqamətində səylərini
əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Əfqanıstan
Prezidenti Məhəmməd
Əşrəf Qaninin
bu yaxınlarda ölkəmizə səfərini
məmnunluqla xatırladı. Prezident
İlham Əliyev səfər zamanı ölkələrimiz arasında
gələcək əməkdaşlıq
üçün əsas
sahələrin müəyyənləşdirilməsi
ilə bağlı səmərəli müzakirələrin
aparıldığını dedi və bu
əməkdaşlığın daha da genişləndiriləcəyinə
ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Prezident
Məhəmməd Əşrəf
Qaninin salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Əfqanıstan dövlətinin
başçısına çatdırmağı
xahiş etdi.
Azərbaycan.-2014.-
20 dekabr.- S.1.