Nəqliyyat naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 19-da nəqliyyat naziri Ziya Məmmədov Xaçmaz şəhərində  Xaçmaz, QubaQusar rayonlarından olan vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin  konfrans zalında keçirilən, Nəqliyyat Nazirliyinin digər struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nəqliyyat məsələləri ilə bağlı müraciətlərinə baxılıb.

Müraciətlər əsasən rayonlararası və kənddaxili yolların bərpası, qəza vəziyyətində olan körpülərin təmiri, dəmir yol keçidlərində təhlükəsizlik, eləcə də işə qəbul məsələləri ilə bağlı olub. Bəzi müraciətlər yerindəcə həll edilib. Qaldırılan bir sıra məsələlər isə tədbir görülmək üçün nəzarətə götürülüb.

Qəbulda nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.8.