Salyanda komitə sədrinə ünvanlanan
müraciətlərin
bir qismi yerində həll edilib
Prezident İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə vətəndaşların qəbulu ilə bağlı tapşırığına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dekabrın 19-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan bir qrup vətəndaşı qəbul edib.
AzərTAc
xəbər verir ki, komitənin müvafiq struktur
qurumlarının rəhbərlərinin də iştirak etdikləri
qəbulda vətəndaşların müraciətləri əsasən
daşınmaz əmlaka dair hüquqların dövlət
qeydiyyatı, əmlakın özəlləşdirilməsi və
icarəyə verilməsi, torpaq sahələrinin özəlləşdirilməsi,
işə qəbul, habelə komitənin fəaliyyəti dairəsinə
daxil olan digər məsələlərlə bağlı
olub.
Qəbula
gələn bütün vətəndaşlar komitə sədri
tərəfindən diqqətlə dinlənilib və
onların müraciətlərinin qanunauyğun həlli
üçün müvafiq struktur rəhbərlərinə
tapşırıqlar verilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Komitənin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Ümumiyyətlə, 2014-cü ildə komitə
sədri tərəfindən respublikanın 10 rayonunda
400-dən çox vətəndaşın
müraciətinə baxılıb.
Azərbaycan.-2014.- 20 dekabr.- S.8.