Yeni proqram uğurla
icra olunur
İl başa
çatır. Həm də üçüncü
Dövlət Proqramının
ilk ili. Hər yerdə
olduğu kimi, sərhəd bölgəsində
yerləşən Gədəbəy
rayonunda, onun qəsəbə və kəndlərində, idarə
və müəssisələrində
də ilə yekun vurulur, qarşıda duran vəzifələr müəyyən
edilir.
İlin uğurları fərəhlidir. Rayon üzrə təqribən
400 milyon manatlıq məhsul istehsal olunub. Bu da 2003-cü
ildə olduğundan 6,7 dəfə çoxdur. Son illərin
ən xarakterik cəhəti budur ki, rayonda kənd
təsərrüfatı ilə
yanaşı, sənaye
sahələri də sürətlə inkişaf
edir, dövlət proqramlarında göstərilən
tapşırıqlar sistemli
surətdə yerinə
yetirilir.
Aparılan genişmiqyaslı tikinti-abadlıq
işləri sayəsində
Gədəbəyin siması
çox dəyişib. Heydər
Əliyev adına mədəniyyət və
istirahət parkı yenidən qurulub, 1000 nəfər tamaşaçı
tutan möhtəşəm
Yaşıl teatr, respublikada analoqu olmayan Aşıq musiqisi məktəbi istifadəyə verilib. Hazırda neçə-neçə sosial
obyekt inşa edilir.
Əhalinin güzəranının yaxşılaşması
məqsədilə sosial
problemlərin həlli,
xüsusən qaz və elektrik enerjisi təchizatının
günün tələbləri
səviyyəsində qurulması
üçün konkret
tədbirlər görülür. Dövlət proqramına uyğun olaraq 110 kilovoltluq elektrik xətti çəkilir. Moruqlu, Nərimankənd,
Samanlıq, Qoşabulaq-Misginli,
Çalburun, Çalbaş,
Səbətkeçməz, Söyüdlü kəndlərinin
qazlaşdırılması üçün ilkin tədbirlər həyata keçirilir.
Son illər rayonda mənzil fondunun ümumi sahəsi 48,5 faiz artmışdır.
Qarabağ müharibəsi əlillərinə
və şəhid ailələrinə xüsusi
qayğı göstərilir.
Bu yaxınlarda 40 mənzilli yaşayış
binası istifadəyə
verilib, daha 54 mənzilli iki binanın inşasına hazırlıq görülür.
Gədəbəy irili-xırdalı 100dən artıq
yaşayış məntəqəsini
əhatə edir. Coğrafi şəraiti
elədir ki, evlər bir-birindən aralı tikilib. Gediş-gəliş mürəkkəbdir. Rayonun baş magistralından və şəhərdaxili küçələrdən
əlavə 336 kilometr
yerli əhəmiyyətli
yolları var. Onların
abadlığı, rahatlığı
hər bir insanın taleyində, hər bir kəndin
tərəqqisində mühüm
rol oynayır.
İndi hər yanda sistemli surətdə yolar çəkilir və körpülər salınır. Bu mühüm
məsələyə dövlət
proqramında da xüsusi diqqət yetirilib. Proqramda yerli əhəmiyyətli
avtomobil yollarının
tikintisinin, yenidən qurulmasının və körpülərin əsaslı
təmirinin davam etdirilməsi bir vəzifə kimi irəli sürülüb.
Hamını illər boyu
narahat edən bu vacib məsələlər
uğurla həll edilir. Əhalinin uzun illərdən
bəri arzusunda olduğu Gədəbəy-Novosaratovka-Qaravəllilər
yolunun tikintisi isə başa çatmaq üzrədir.
Son vaxtlar Slavyanka-Qoşabulaq,
Arıxdam-Söyüdlü-Ərtəpə,
Gədəbəy- Rüstəm
Əliyev, Gədəbəy-Qızıltorpaq-Şınıx
yolları əsaslı
təmir olundu. 15 kilometrlik Xarxar-Samanlıq yolu yenidən quruldu. Nərimankənd-Moruqlu, İsalı- Mormor,
İnəkboğan-Böyükqaramurad, Şahdağ-Arabaçı, Slavyanka-Nərimankənd
yollarında təmir işləri aparıldı.
Bir sıra yerlərdə - çayların üzərində
keçidlər düzəldildi,
Fındıqlı körpüsü
bərpa edildi. Şəhərin girəcəyindəki Çolpan çayı üzərində üçtağlı
körpü istifadəyə
verildi. Gədəbəylilər iftixarla deyirlər
ki, bütün bunlar yola saldığımız
ilin əvəzsiz yadigarları, Prezident İlham Əliyevin sərhəd bölgəsində
yerləşən qəsəbə
və kəndlərə
göstərdiyi tükənməz
qayğı və diqqətin bəhrəsidir.
Rayonda dövlət
proqramına uyğun olaraq məktəb tikintisinə geniş fikir verilir. Təkcə son iki ildə Novorasaratovka,
Slavyankada Qoşabulaq,
Arıxdam və Samanlıq kəndlərində
iki və üçmərtəbəli məktəb
binaları inşa olunub. Üçüncü Dövlət Proqramında
təhsil müəssisələrinin
əsaslı təmiri
və tikintisi sahəsində işlərin
davam etdirilməsi, o cümlədən, İsalı
və Moruqlu kənd orta məktəbləri, Misginli
kənd uşaq bağçası-körpələr evi üçün binaların tikilməsi nəzərdə tutulmuşdur.
Dövlət proqramının bu tələbi də uğurla yerinə yetirilir. Rayonun ən ucqar yaşayış
məntəqələrindən biri olan İsalı
kəndində 180 yerlik
məktəb binasının
inşası başa çatmaq üzrədir.
Moruqlu kəndində orta məktəb, Misginlidə
isə uşaq bağçası- körpələr
evi binalarının inşasına başlamaq üçün hazırlıq
görülür.
Gədəbəy əsasən kənd təsərrüfatı rayonudur. Burada xüsusən
kartofçuluq mühüm
yer tutur. 2014-2018-ci illər üçün sosial-iqtisadi
inkişafın Dövlət
Proqramında da bu ənənəvi sahənin genişlənməsinə
xüsusi diqqət yetirilib. Proqramda həmçinin kiçik
və ya orta həcmli çörək istehsalı
müəssisələrinin yaradılmasına, heyvandarlıq,
arıçılıq, kartofçuluq
və digər kənd təsərrüfatı
sahələrinin inkişaf
etdirilməsinə böyük
önəm verilir.
Maldarlıq sahəsində uğurların
daha da artırılması
üçün baytarlıq
idarəsi və diaqnostika kabineti üçün inzibati binaların inşası mühüm bir vəzifə kimi irəli sürülmüşdü. Rayon fəallarının
köməyi ilə bu mühüm iş vaxtında başa çatdırıldı.
Hazırda ərazi kənd
təsərrüfatı idarəsi
üçün hər
şəraiti olan yaraşıqlı bina inşa edilir.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının
icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: “Kənd təsərrüfatının
inkişafı növbəti
illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük
diqqət göstərməliyik...
Bölgələr üzrə ixtisaslaşma
aparılmalıdır. Mən bu barədə dəfələrlə öz
fikirlərimi bildirmişəm.
Müəyyən işlər görülübdür.
Ancaq daha da konkret
və ciddi təkliflər verilməlidir
ki, biz bu ixtisaslaşmanı formalaşdıraq
və yetişdirilən
hər bir məhsul üzrə xüsusi stimullaşdırma
amilləri də olmalıdır. Yəni burada
kortəbii yanaşma qəbuledilməzdir. Hər bir
bölgə üzrə,
yetişdirilən hər
bir kənd təsərrüfatı məhsulu
üzrə xüsusi bir yanaşma tərzi olmalıdır”.
Göründüyü kimi, fermerlərə geniş meydan verilib, hər şey torpaq sahibkarlarının işə
münasibətindən asılıdır. Necə deyərlər,
məqsəd dəqiq,
yol aydındır.
Bu günlər keçirilən
toplantılardan birində
rayon Ağsaqqallar Şurasının
sədri Kərəm Məmmədov isə dedi ki, nankor
qonşuların hücumlarına
hünərlə cavab
verən və Başkənd kimi tarixi bir bölgəni
düşmən caynağından
biryolluq xilas edən hünərvər
gədəbəylilər dövlət
proqramının tələbləri
və Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri
həmişə uğurla
yerinə yetiriblər.
Biz bundan sonra
da Azərbaycanın ümumi tərəqqisinə
layiqli töhfələrimizi
verəcəyik.
Əhməd
İSAYEV,
Azərbaycan.-2014.- 20 dekabr.- S.10.